Mobil versiya
Xorvatlar mübarizəni dayandırdı
Tarix: 28-06-2016 | Saat: 15:21
Bölmə:İdman | çapa göndər



Avro 2016-nın ən iddialı komandalarından sayılan Xorvatiya seçməsi portuqallara boyun əydi. Xorvatlar bundan əvvəl iddialı İspaniya seçməsini də məğlub yola salmışdı. Amma futbol ictimayətini heyrətləndirən heç də normal oyun sərgiləməyən Portugaliyanın udmasıdı. Ancaq surpizlər deyəsən bu çempionantda çox olmalıdır. Oyuna gəlincə Balkan təmsilçilərində Perişiç, Mandjukiç kimi oyunçuların həmlələri boşa çıxdı. 90 dəqiqə ərzində qapılar toxunulmaz qaldı. Oyuna əlavə olunmuş 30 dəqiqənin ilk hissəsində də hər iki tərəf fərqlənə bilmədi. Hamı Polşa-İşveçrə oyunu kimi oyunun bitəcəyini, penaltilərə gedəcəyini bildiyi halda portuqalların əks hücumu uğurlu oldu. Kriştian Ronaldonun zərbəsini qapıçı qaytarsa da Beşiktaşlı Kuarejma oyunun 117-ci dəqiqəsində qəhrəmana çevrildi 1-0. Bundan sonra xorvatlar dönüş yarada bilmədi. Uels , Polşadan sonra Portuqaliya növbəti mərhələyə vəsiqə qazandı.

Şirxanlı Rövşən



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024