Mobil versiya
Bakıda sərnişin dolu avtobus ağaca çırpıldı, xəsarət alanlar var
Tarix: 27-06-2016, 16:47 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Bakıda sərnişin dolu avtobus ağaca çırpıldı, xəsarət alanlar var






Bu gün səhər saatlarında Bakının Xətai rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Aia.az-ın məlumatına görə, hadisə "Əhmədli" metrostansiyası yaxınlığında, yanacaqdoldurma məntəqəsinin yanında qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən 44 saylı "DAEWOO" markalı sərnişin avtobusu idarəetmədən çıxıb. Nəticədə sürücü avtomobili ağaca vurub.

Qəza nəticəsində avtobusun içərisində olan sərnişinlər xəsarət alıblar. Yaralılardan iki nəfər qadının xəsarətləri ağır olduğu üçün onlar xəstəxanaya yerləşdiriliblər. Xəsarət alanlardan 60 yaşlı Raziyə Kərimovanın baş nahiyəsi çapılıb. Digər xəstə, 32 yaşlı Aida Babayevanın isə bel və omba nahiyəsində sınıq qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.



aia.az



5601 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930