Mobil versiya
İş axtaranlar üçün yeni fürsət
Tarix: 27-08-2015 | Saat: 20:13
Bölmə:Gündəm / Seçilənlər-6 / Aia TV / Karusel | çapa göndər

İş axtaranlar üçün yeni fürsət
İşə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerləri təqdim olunacaq.
Dövlət Məşğulluq Xidməti işsiz və işaxtaran vətəndaşlar üçün bu həftə 2 rayonda əmək yarmarkaları təşkil edəcək.

Aia.az -ın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) istinadən verdiyi məlumata görə, yarmarka sabah - avqustun 28-də Şirvan şəhərində və Kürdəmir rayonunda keçiriləcək.

İlkin məlumatlara görə, yarmarkalar zamanı Şirvan şəhərində 38 müəssisə üzrə 280, Kürdəmir rayonunda isə 55 müəssisə üzrə 200-dən çox boş (vakant) iş yeri təklif ediləcək. Bundan başqa, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerləri təqdim olunacaq.

Yarmarkada işəgötürənlərin nümayəndələri də iştirak edəcək. Bundan başqa tədbirlər zamanı işaxtaran vətəndaşların peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün onların qeydiyyatı da aparılacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024