Mobil versiya
Azərbaycanlı aparıcı: "Sinəm "vizit-kartım", saçım isə şəxsiyyət vəsiqəmdir"
Tarix: 19-05-2016, 11:15 | Saat: 15:47:00
Bölmə:Dünya | çapa göndər

Azərbaycanlı aparıcı: "Sinəm "vizit-kartım", saçım isə şəxsiyyət vəsiqəmdir"


Aparıcı-aktrisa Zemfira Adıgözəlova yeni sevdaya düşüb.

Aia.az bildirir ki, axşam.az-a açıqlama verən aparıcı biznes-ledi olmaq istəyir. O, modelyer kimi özünü sınamağı planlaşdırdığını deyib:

"Həmişə arzum olub ki, özəl biznes qurum. Məsələn, rəqs məktəbi açmaq. İstərdim ki, Türkiyənin məşhur "Anadolu atəşi" kimi Azərbaycanda rəqs qrupları yetişdirilsin. Digəri isə moda evi açmaqdır. Şou-biznesdə o qədər zövqsüzlər var ki, hamısını ora dəvət edib, stilini dəyişmək istəyirəm. Onları qədimi saç düzümündən, kəkildən, qaşlarına saç dibinə kimi çəkdikləri "quşlardan" xilas edərdim. Hər iki biznes böyük məbləğ tələb edir. İnşallah, yaxın günlərdə bu istəyimi reallaşdıracam".

Z.Adıgözəlova sinəsi silikon etdirməsi ilə bağlı yayılan şayiələrə də son qoyub:

"Estetik əməliyyata münasibətim çox yaxşıdır. Bu addımı atanları da alqışlayıram. Qüsurları olduğu halda, "məndən yoxdur" deyib, dolaşanlardan acığım gəlir. Mən heç bir plastik müdaxilə etdirməmişəm. Sinəm silikon deyil. Bu bədən quruluşu genetikdir. İmkanım olsaydı, sinəmi kiçildərdim. Çünki kimi görürəmsə, ilk sinəmə, sonra saçıma baxır. Sinəm mənim "vizit-kartım", saçım isə şəxsiyyət vəsiqəmdir. Bu yaxınlarda plastik əməliyyat etdirəcəm, amma sinəmdə yox".



51 044 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-11-2019
20-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930