Mobil versiya
Azərbaycana nə qədər bank bəs edər?
Tarix: 12-05-2016 | Saat: 23:31
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycana nə qədər bank bəs edər?





Azərbaycan üçün 10-15 bank kifayətdir. Bunu mayın 11-də Sputnik Mətbuat Mərkəzində "Bankların problemi: vergi tətilləri mümkündürmü?" mövzusunda keçirilən dəyirmi masada iqtisadi şərhçi Fuad Əlizadə bildirib. Onun sözlərinə görə, bu göstəricini beynəlxalq maliyyə institutları da təstiqləyir. "Süni dəstək, maliyyə ayırmaları artıq işlərdir. Banklar Assosiasiyasının təklif etdiyi vergi güzəştləri qəbuledilməzdir. Bizdə belə də bütün sahələr üzrə güzəştlər verilib. Buna da güzəştlər olsa, vergilər nədən yığılacaq?", - deyə ekspert bildirib.

İqtisadi analitik Fərhad Əmirbəyov isə bildirib ki, maliyyə sistemi hər hansı bir bankın vəziyyətindən asılı olmalı deyil: "Bəzən deyirlər ki, neftin qiyməti itirilmiş mövqelərə qayıtsa, hər şey qaydasına düşəcək. Bu aldadıcı gözləntidir. Birincisi, bu proqnozlaşdırılmır. Biz bilmirik ki, bu baş verəcək ya yox. Banklar isə indi işləməlidirlər. Maliyyə sistemi hər-hansı bir bankın vəziyyətinin yaxşı ya pis olmasından asılı olmalı deyil".

Ekspertin sözlərinə görə, ölkədə iqtisadiyyatın uyğunlaşma prosesi gedir: "Biz neft inkişaf modelindən qeyri-neft inkişaf modelinə keçirik. Bu keçici dövr ərzində bəzi biznes sahələrində narahatlıq hiss olunur. Bəziləri bu dəyişikliklər nəticəsində bazarı tərk edəcək, bəziləri isə vəziyyətə uyğunlaşacaq. Buna baxmayaraq, inkişaf edənlər də var. Yəni demək olmaz ki, hər kəsə pisdir".

Qeyd edək ki, Azərbaycan bankları kapitallaşma istiqamətinə yönəldilmiş vəsaitlərin 3 il müddətinə mənfəət vergisindən azad edilməsini xahiş edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024