Mobil versiya
"Eurovision"dan MÜƏMMALI QƏRAR
Tarix: 7-05-2016, 12:24 | Saat: 15:47:00
Bölmə:Maraqlı | çapa göndər

"Eurovision"dan MÜƏMMALI QƏRAR







"Eurovision" Mahnı Müsabiqəsi ilə bağlı bayraq siyasəti dəyişdirilib.

Aia.Az APA-ya istinadən bildirir ki, bu barədə Avropa Yayımçılar İttifaqının bəyanatında deyilir. Bildirilir ki, bir sıra nümayəndə heyətləri ilə müzakirələr və konstruktiv danışıqlardan sonra "Eurovision" Mahnı Müsabiqəsi təşkilatçıları bayraq siyasətini yüngülləşdirərək iştirakçıların milli, regional və yerli bayraqlarının istifadəsinə icazə verib.

Avropa Yayımçılar İttifaqı tamaşaçıların Musiqi Müsabiqəsinin qeyri-siyasi ruhunu dəstəklədiyi və qəsdlə kamera görüntüsünə mane törətmədiyi müddətcə digər bayraqlara daha çox tolerant yanaşma nümayiş etdirməyi təklif edib.

Xatırladaq ki, aprelin 29-da Avropa Yayımçılar İttifaqı müsabiqənin yarımfinal və finalının keçiriləcəyi zallara gətirilməsi qadağan olunan bayraqların siyahısını açıqlamışdı.

Siyahıda İspaniyanın baskların yaşadığı bölgə, Kosovo, Krım, Fələstin və qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayraqları yer almışdı. Lakin daha sonra verdikləri bəyanatda bu sənədin ilkin versiya olduğu bildirilərək bu qərara görə özünü təhqir olunmuş hiss edən hər kəsdən üzr istənilib. Bəyanatın son versiyasının tez bir zamanda yayımlanacağı açıqlanıb.


aia.az



5570 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-07-2019
17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031