Mobil versiya
ADAU: 2014/2015-ci tədris ili uğurla yekunaşmışdır
Tarix: 21-07-2015 | Saat: 13:28
Bölmə:Təhsil / Manşet / Karusel / Seçilənlər | çapa göndər


Fəaliyyətində şəffaflığı, ictimai hesabatlılığı təmin edən Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyi Gəncədə yeni Mətbuat evinin istifadəyə verilməsini həm ölkənin, həm milli mətbuatın, həm də əlahiddə Gəncənin ictimai həyatında çox mühüm hadisə kimi dəyərləndirir

Başa çatan 2014/2015-ci tədris ili Azərbaycan Dövlət Aqrar Universiteti üçün maddi-texniki bazanın möhkəmləndirilməsi, tədrisin yeni məzmunda qurulması, elmi-tədqiqat işləri sahəsində əldə olunmuş nailiyyətlərlə yaddaqalan olmuşdur. Tədris ili ərzində Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun rəhbərliyi altında görülmüş işlər daha intensiv xarakter almış, o cümlədən müasir standartlara uyğun 2 tələbə yataqxanasının tikintisi uğurla davam etdirilmiş, qapalı balıqyetişdirmə laboratoriyasında müxtəlif cins balıqların bəslənilməsi məqsədilə hovuzların tikintisi başa çatdırılmış, iqtisadiyyat və mühəndislik korpuslarında əsaslı təmir işlərinə başlanılmış, tədris və elmi-tədqiqat işlərinin səmərəliliyinin arıtılması məqsədilə çoxsaylı laboratoriya avadanlıqları, mikroskoplar, kompyuterlər, proyektorlar, ağıllı lövhələr və s. alınmışdır.

Təhsil Nazirliyinin layihəsi əsasında həyata keçirilmiş sorğunun nəticələrinə əsasən ADAU-nun Gəncə şəhərində yerləşən ali təhsil müəssisələri sırasında 1-ci və respublika ali təhsil müəssisələri arasında 7-ci yeri tutması, tələbələrdən ibarət ENACTUS komandasının 2015-ci ilin 30-31 may tarixlərində Bakı şəhərində keçirilmiş tələbələrin azad sahibkarlıq fəaliyyəti proqramı üzrə X milli çempionatda qalib olması və Cənubi Afiika Respublikasında keçiriləcək beynəlxalq çempionatda ölkəmizi təmsil etmək hüququnu qazanması, 2015-ci il 23-24 aprel tarixlərində Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilmiş Qara dəniz regionu ölkələrindən olan rektorların 11-ci konfrasının sessiyasında Qara Dəniz Universitetləri Şəbəkəsinin Baş Asambleyasının qərarına əsasən universitetin bu təşkilata üzv qəbul edilməsi, "Azərbaycan Universitetləri" facebook səhifəsi tərəfindən keçirilən 2014/2015-ci il tədris ilinin "ən yaxşı universitet" sosial sorğusunda Azərbaycan Dövlət Aqrar Universitetinin 1-ci, “ən yaxşı rektor” sorğusunda universitet rektorunun 2-ci yeri tutması və digər naliyyətləri həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsi kimi qiymətləndirilir.

Ötən tədris ilində universitetin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində də əhəmiyyətli işlər görülmüşdür. Bu çərçivədə Çin Xalq Respublikasında keçirilən silsilə seminarlarda iştirak etmiş universitet əməkdaşları xeyli təcrübə qazanmış və həmkarları ilə bölüşmüşlər.

10 iyul 2015-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində 2014/2015-ci tədris ilinin yekunlarına həsr olunan elmi şuranın geniş iclasının sonunda “ən yaxşı fakültə”, “ən yaxşı kafedra”, “ən yaxşı şöbə”, “ən yaxşı kitab müəllifi”, “ən yaxşı texniki işçi”, “ən yaxşı məqalə” və “ilin tələbəsi” nominasiyaları üzrə qaliblərə mükafatlar verilib. Ən yaxşı müəllim seçilmiş və 200 manat pul mükafatlandırılmış mühasibat uçotu və audit kafedrasının müəllimi İsa Şəfiyev: “Müəllimlərin əməyinin stimullaşdırılması Universitet rektoru, çox hörmətli professor İbrahim Cəfərovun əsas iş prinsiplərindən biridir. Pedaqoji kollektivin zəhmətinə bu cür yanaşma dövlətimizin elm və təhsil adamlarına qayğılı münasibətinə müsbət bir əlavədir. Fəaliyyətimə verdikləri yüksək dəyərə görə hörmətli rektorumuza və universitetin professor-müəllim heyətinə dərin minnətdarlığımı bldirirəm.Tələbələr də sağ olsunlar ki, öz əla oxumaları ilə mənim əməyimin təqdir olunmasına töhfə veriblər.”

İlin tələbəsi seçilərək, 150 manat pulla mükafatlandırılmış aqronomluq fakültəsinin tələbəsi Aişə Novruzova : “Çox hörməti rektorumuz professor Cəfərovun təşəbbüsü və dəstəyi ilə 2014/2015-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını əla qiymətlərlə başa vuran tələbələrin “2 fevral–Azərbaycan gəncləri günü” münasibəti ilə yeddi gün müddətində respublikamızın Qax və Zaqatala rayonlarının istirahət mərkəzlərinə qış tətilinə göndərilmələri, 100 bal toplayan tələbələrə pul mükafatlarının və hədiyyələrin verilməsi imtahan sessiyasının nəticələrinə öz müsbət təsirini göstərmiş, əlaçı tələbələrin sayı əhəmiyyətli dərəcədə artmışdır. Sevinirəm ki, onların arasında mən də varam”.

Onu da qeyd edək ki, Universitet rəhbərliyi kollektiv üzvlərinin elmi-ədəbi müstəvidə yaradıcı faəliyyətini də stimullaşdırır, onların müxtəlif elmi, ədəbi, pedaqoji məcmuələrdə, dərgilərdə, həmçinin elektron KİV-də çıxışlarına rəğbətlə yanaşır. Buna misal olaraq, ən yaxşı məqalə müəllifləri - aqronomluq fakültəsinin əməkdaşları Vidadi Səmədovun və Nəzakət İsmayılzadənin, ən yaxşı kitab müəllifləri – “Xocalı soyqırımı” kitabını ərsəyə gətirənlər Azad Bayramov, Sevda Abdullayeva və Zümrüd Qəhrəmanovanın pul mükafatı ilə mükafatlandırılmalarını sadalamaq olar.

ADAU – nun rəhbərliyi universitetin fəaliyyətində şəffaflığı, ictimai hesabatlılığı təmin etdiyindən, KİV-lə əlaqələrə üstünlük verir. Professor İ. Cəfərov bir neçə gün öncə Gəncədə yeni Mətbuat evinin istifadəyə verilməsini həm ölkənin, həm əlahiddə Gəncənin ictimai həyatında çox mühüm hadisə kimi dəyərləndirmiş, bunu dövlətimizin, onun başçısı İlham Əliyevin mətbuata, azad sözə qayğısının ən yüksək səviyyədə təzahürü adlandırmışdır.

Təbii, tərəqqipərvər KİV təmsilçisi olaraq, biz də ölkə rəhbərliyinin 140 yaşlı mətbatımızın daha da inkişaf etməsi üçün həyata keçirdiyi tədbirləri alqışlayır, bütün bunların mətbuat işçiləri üzərinə böyük məsuliyyət qoyduğunu dərindən dərk edirik. Belə qayğılı münasibətə layiq olduqlarını sübuta yetirmək üçünsə media işçilərindən çox şey deyil, yalnız həqiqəti yazmaq, doğru olanı söyləmək tələb olunur.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024