Mobil versiya
QAZAĞIN ADAMDÖYƏN HEYVAN HƏKİMİ KİMƏ ARXALANIR?
Tarix: 25-04-2016 | Saat: 23:13
Bölmə:Seçilənlər-1 | çapa göndər

QAZAĞIN ADAMDÖYƏN HEYVAN HƏKİMİ KİMƏ ARXALANIR?




Düşmənlə həmsərhəd Qazax rayonunu alınmaz qalaya çevirən bu elin adamlarının vətənpərvərliyi, torpağa bağlılığıdır. Amma burda bir mənfi tendensiya müşahidə olunmaqdadır. Bəzi məmurlar rayonun paytaxtdan ən uzaq məsafədə yerləşməsindən dolayı elə düşünürlər ki, gözdən uzaq olmaq elə nəzarətdən də uzaq olmaq deməkdir. Rayon Baytarlıq İdarəsinin rəisi İlqar Orucov da "dərənin xəlvətliyindən" girəvə kimi istifadə edənlərdəndir.

İdarə rəisinin şəxsi maraqları, daha doğrusu baytar həkimlərin qarşısında qoyduğu bəzi "şərtlər" ət bazarına nəzarətin aşağı səviyyəyə düşməsinə gətirib çıxarıb. Bu səbəbdən də xəstə heyvanların bazara çıxarılması hallarına tez-tez rast gəlinir. Baytar həkimlərin ət kəsimi obyektlərinə gündəlik satdıqları ətin sağlam olub-olmaması haqda verdikləri arayışlar kağız parçasından başqa bir şey deyil. Aldıqları "şirinlik" baytar həkimlərə qanun pozuntularını göz yummağa vadar edir. Belə "nöqtələr"in sayının rayon və kəndlər üzrə 400-dən çox olduğunu, hərəsində hər gün ən azı bir, yaxud iki, bayram günlərində isə daha çox heyvanın kəsildiyini nəzərə alsaq, yığılan "şirinliyin" toplam kəmiyyəti barədə təsəvvürü dəqiqləşdirmək olar.

Qəssabların əksəriyyətinə sağlamlıq kağızı birbaşa 10-20 gün müddətinə verilir. Halbuki qəssablar hər gün heyvan alır və bu zaman Rayon Baytarlıq İdarəsinin verdiyi sağlamlıq arayışının heç bir əhəmiyyəti olmur. Sahə həkimləri hər gün satılacaq heyvanın ətindən nümunə götürməli, ətin sağlam olub-olmaması haqda rəy bildirməlidir, amma buna əməl edilmir. Məhz buna görədir ki, əksər ət kəsimi məntəqələrində murdar şərait hökm sürür.

Bildirilir ki, İlqar Orucov çox vaxt idarədə tapılmır, gününü çayxanalarda zər atmaqda keçirir, həm də boş yerə oynamır, nərdtaxtanın altında mütləq oyuna maraq qatan nəsə olur. Onu həm də dalaşqan adam kimi tanıyırlar. Bir müddət əvvəl baş baytarın kənd icra nümayəndəsini döyməsi barədə xəbər yayılmışdı. Hətta o da deyilirdi ki, vicdanlı baytarın heyvandan əsirgəmədiyi ilkin tibbi yardımı İlqar həkim əzişdirdiyi dövlət qulluqçusuna göstərməyib. Bu o vaxtlar idi ki, İlqar həkimin sabiqlər sırasından güclü havadarı vardı və keçən ilin sonlarına kimi həmin himayədarına arxalandığını deməkdən çəkinmir, sinəsinə döyüb öyünürdü. Lakin hələlik adını çəkmədiyimiz həmin şəxs görəvdən alınandan sonra arxa-dayağını itirən Orucov adam döymək vərdişini bir qədər yığışdırsa da, heyvanların xəstəsi ilə sağlamına fərq qoymamaq adətinə xilaf çıxmayıb.

İnanmaq istərdik ki, nazir Heydər Əsədov, DBNX-nin rəis əvəzi Azər Süleymanov idarədə cərəyan edən nöqsanlara biganə qalmayacaq və fəaliyyəti yarıtmaz olan idarə rəisinin barəsində ciddi ölçü götürəcəklər. Mövzuya qayıdacağıq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024