Mobil versiya
Gəncə Lokomotiv Deposunda saxta diplom qalmaqalı
Tarix: 25-04-2016 | Saat: 21:02
Bölmə:Karusel | çapa göndər

Gəncə Lokomotiv Deposunda saxta diplom qalmaqalı




Mühəndis vəzifəsində çalışan Xəyalə Qasımovanı kim müdafiə edir?


Artıq ölkə rəhbəri tərəfindən "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri dəyişsə də, bu sahədə uzun illərdən bəri davam edən saxtakarlıqlar, korrupsiya halları hələ də davam etməkdədir. Belə ki, dəmiryolu sahəsində müəyyən ixtisarlar getsə də, təqaüd yaşının tamam olmasına baxmayaraq, lokomotiv sahəsində uzun müddətdir ki, çalışan Asim Qasımovun qohumlarının müəmmalı "fəaliyyətləri”, hələ də bitmir ki, bitmir. Bu dəfə xəbər onun yaxın qohumlarından, Gəncə Lokomotiv Deposunda işləyən və qardaşının gəlini olan Xəyalə Qasımovadandır. Belə ki, Gəncə Lokomotiv Deposunda bir müddət bundan öncə özünün belə təhsili olmayan sabiq rəis Fəxrəddin Rzayev, kadrlar şöbəsinin rəisinə təkidlə saxta diplom təqdim etdirərək istehsalatın rəisi olan Asim Qasımovun qardaşının gəlini–Xəyalə Qasımovanı mühəndis vəzifəsinə təyin etdirmiş və büdcə talanına da yol açmışdı.

Əslində kadrlar şöbəsinə saxta diplomun özü deyil, Gəncə 2 saylı notariat kontorunun saxtalaşdırılmış ştamp və möhürü ilə təsdiqlənən diplomun surəti təqdim olunaraq, 02 sentyabr 2014-cü il tarixdə X.Qasımova lokomotiv deposuna mühəndis təyin olunmuşdu. Onun mühəndis vəzifəsinə təyinatı, o qədər də təəcüblü deyil. Artıq dəmir yolunda Qasımovların bu cür addımlar heç kimi təəcübləndirmir. X.Qasımova adı mütamadi olaraq "mis əməliyyatları”nda hallanan və Gəncə Lokomotiv Deposunda lokomotiv üzrə "instruktor” vəzifəsini daşıyan Sabit Qasımovun həyat yoldaşıdır. Artıq iki ildir ki, saxtalaşdırılmış diplom surəti ilə mühəndis vəzifəsində çalışan X.Qasımovadan başqa, Asim Qasımovun Gəncə Lokomotiv Deposunda zaman-zaman qalmaqal yaradan bir neçə qohumları da işləyir.

Məsələnin maraqlı tərəfi isə ondadır ki, QSC-nin sədr müavini Əlirza Süleymanov Asim Qasımovun bütün zamanlarda "mis əməliyyatları”nın təşkilatçıları, yəni qardaşı oğlanlarını işdən uzaqlaşdırsa da, sonradan həmin dövrdə lokomotiv istehsalat rəisi vəzifəsini daşıyan A.Qasımov onları Gəncə Lokomotiv Deposunun sabiq rəisi Fəxrəddin Rzayevin vasitəsilə yenidən iş başına qaytarmağı bacarıb. Hazırda QSC-də iqtisadi böhranla bağlı ixtisarlar aparılması, nə təqaüd yaşına çatmış Asim Qasımova, nə də onun dəmir yoluna ziyan vurmaqdan başqa işi olmayan qohumlarına aidiyyətinin olmaması, heç kimdə təəccüb doğurmur. Bir zamanlar nəqliyyat naziri Ziya Məmmədova yaxın olması ilə öyünən Asim Qasımov deyəsən bu dəfə QSC-nin rəhbərliyinə yol tapa bilib. Saxta yolla tərtib olunmuş diplomla və Gəncə şəhər 2 saylı notariat kontoruna məxsus ştamp və möhürlə bağlı araşdırmalarmız davam etməkdədir. gundelik-baku.com
Qarşı tərəfləri də dinləyə bilərik

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024