Mobil versiya
Dollar kreditlərinə güzəşt edilməsini sosial ədaləti pozur?
Tarix: 25-04-2016, 17:18 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Dollar kreditlərinə güzəşt edilməsini sosial ədaləti pozur?

Qubad İbadoğlu: “Sosial ədalət dollarla kredit götürənlərin əlavə xərcə düşməsi ilə pozuldu”

Əkrəm Həsənov: “Əlillərə, digər aztəminatlılara dövlət müavinət verir. Digərlərinə isə vermir. Məgər burada sosial ədalət pozulur?!”.

Statistikaya görə, bu gün təxminən 700 min vətəndaşın ümumilikdə 7 milyard dollar krediti borcu var. Bu, dəhşətli bir rəqəmdir. Yüz minlərlə adam iflas həddindədir – 1 ilin içində borcu iki dəfə artıb. Azərbaycanda hal-hazırda kreditləşmə üçün məhdudiyyətlərin olmadığını bildirən Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə Azərbaycanda dollar kreditlərinə güzəşt edilməsini sosial ədalətin pozulması kimi qiymətləndirib. Hökümət rəsmisinin bu bəyanatını nə dərəcədə haqqlı hesab etmək olar?

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlının dollar kreditləşməsi ilə bağlı bəyanatı ilə əlaqədar PİA.AZ-ın əməkdaşı hüquqşünas, bank sahəsi üzrə ekspert Əkrəm Həsənov və iqtisadçı alim Qubad İbadoğluna müraciət edib.
Dollar kreditlərinə güzəşt edilməsini sosial ədaləti pozur?
Qubad İbadoğlu: “Devalvasiya dollarla kredit götürən biznes subyektivlərinin də vəziyyətini pisləşdirdi”

Sosial ədalətin devalvasiya nəticəsində dollarla kredit götürənlərin əlavə xərclə yüklənməsi ilə pozulduğunu vurğulayan iqtisadçı Qubad İbadoğlunun fikrincə, Rüfət Aslanının sosial ədalətlə bağlı bölüşdüyü fikirlər yanlışdır:

“Hesab edirəm ki, sosial ədalət dollarla kredit götürənlərin əlavə xərcə düşməsi ilə pozuldu. Devalvasiyadan qaynaqlanan bu əlavə xərc bütövlükdə dollarla kredit götürən biznes subyektivlərinin də vəziyyətini daha da pisləşdirdi”.
Image result for ekrem hesenov
Əkrəm Həsənov: “Kredit məsələsi üzrə sui-istifadə edən borclular da var”
Dollar kreditlərinə güzəşt edilməsini sosial ədaləti pozur?
Dövlət rəsmisi Rüfət Aslanlının bəyanatını doğru hesab etməyən bank bank sahəsi üzrə ekspert Əkrəm Həsənova görə, kreditini ödəyə bilməyən şəxslərə dövlət tərəfindən güzəşt edilməsi sosial ədalətin pozulması sayılmır:

“Belə başa düşdüm ki, hökümət rəsmisi Rüfət Aslanlı güzəşt edildiyi təqdirdə kreditini yeni məzənnə ilə ödəmiş şəxslərə dair sosial ədalətin pozulmasını nəzərdə tutur. Yəni, kimsə kreditini yeni məzənnə ilə ödəməyə davam edir, kim isə ödəmir və ona güzəşt edilir. Məncə, burada əksinə sosial ədalət pozulmur, bərpa olunur. Çünki belə çıxır ki, kreditini ödəyənin maliyyə vəziyyəti qənaətbəxşdir və ödəniş edə bilir, güzəştsiz də keçinir. Digər isə keçinə bilmir.

Müqayisə üçün: əlillərə, digər aztəminatlılara dövlət müavinət verir. Digərlərinə isə vermir. Məgər burada sosial ədalət pozulur?! Xeyr, əksinə, dövlət onu bərpa edir, zəiflərə kömək edir... Təbii, kredit məsələsi üzrə istisna deyil ki, sui-istifadə edən borclular da var. Amma, bu, məhz bankların məsuliyyətsiz kredit siyasətinin nəticəsidir, cəzasını da çəkməlidilər”.
Aia.az



5529 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30