Mobil versiya
Tesla Model S-i təkmilləşdi - FOTO
Tarix: 16-04-2016 | Saat: 21:41
Bölmə:Media | çapa göndər

Tesla Model S-i təkmilləşdi - FOTO



"Tesla" şirkəti təkmilləşdirilmiş hetçbek "Model S"-i rəsmi olaraq təqdim etdi. Onun banının qabaq hissəsi "Model X" və "Model 3" üslubunda hazırlanmış yeni dizayn alıb. Avtomobildə tam diodlu faralar və salona daxil olan havanı tənzimləyən qabaqcıl sistem peyda olub.

Milli.Az auto.az-a istinadən bildirir ki, hetçbek "Model S" HEPA-filtr alıb, bu, standart avtomobillərdə olandan təqribən 10 dəfə böyükdür. O, 99,97 faiz bütün bakteriyaları və s. qıcıqlandırıcı elementləri saxlaya bilir. Beləliklə, bu cür filtr digər avtomobillərdəkinə nisbətən 300 dəfə daha yaxşı bakteriyalardan qoruyur, allerqenləri 500 dəfə daha yaxşı təmizləyir, digər viruslarla isə 700, 800 dəfə daha səmərəli mübarizə aparır.

Əvvəl belə güman edilirdi ki, təkmilləşdirilmiş model 100 kilovat-saat həcmində batareya alacaq. Lakin bu informasiya təsdiqini tapmadı. Ən güclü variant əvvəlki kimi "P90D"-dir. O, 503 və 259 a.g.-ə malik iki elektrik mühərriki, 90 kilovat-satlıq batareya ilə təchiz edilir, o cümlədən 96 saat/km sürəti 2,8 saniyəyə yığır. Bu versiya tam yüklənmiş batareya ilə 500 km məsafə qət edə bilir. "Model S"-in nə texniki hissəsi, nə də hərəkət ehtiyatı dəyişməyib.

"Model S" üçün yalnız yükləmə qurğusu təkmilləşdirilib ki, bunun sayəsində onun xüsusi məntəqələrdə "doldurulması" daha tez olacaq. Bundan əlavə opsiyalar siyahısında ventilyasiya olunan oturacaqlar ("Model X" da olduğu kimi), salon işləməsində 2 yeni variant daxil edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024