Mobil versiya
7-saylı Doğum Evinində rüşvət mehi Və yaxud ana olmaq istəyənlərə yeni qiymət tarifləri
Tarix: 15-04-2016, 11:38 | Saat: 15:47:00
Bölmə:Səhiyyə | çapa göndər

7-saylı Doğum Evinində rüşvət mehi Və yaxud ana olmaq istəyənlərə yeni qiymət tarifləri






Əgər xatırlayırsınızsa Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsinə təyin olunarkən bir çox insanlar, bu sahədə islahatların aparılacağına və rüşvətin qarşısının alınacağına ümid edirdilər.

Amma vaxt ötdükcə görürsən ki, bunlar yalnız arzuymuş və səhiyyə sistemində nəinki islahatlar aparılmadı, əksinə səhiyyə ocaqlarında rüşvət az qala rəsimləşərək kəllə-çarxa çıxdı. TEREF.İNFO xeberçi.tv-yə istinadən yazır ki, mövcud qanunlarda səhiyyə xidmətlərinin pulsuz olması öz əksini tapsa da xəstəxanaların böyük əksəriyyətində ölkə başçısının tövsiyə və tapşırıqlarına məhəl qoyulmur. Xəstələrin müayinə və müalicəsi üçün elə böyük həddə rüşvət istənilir ki, bu da əhalinin kasıb təbəqəsində haqlı narazılıqlara səbəb olur.

Bütün bunlarla bağlı mətbuatın dəfələrlə yazmasına baxmayaraq, xəstəxanalardakı və doğum evlərində neqativ hallar davam edir. Belə olduğu halda əhali arasında ümid tükənir və hakimiyyətə qarşı inmsızlıq yaranır. O da heç kimə sirr deyil ki, bazar prinsipləri ilə fəaliyyət göstərən xəstəxanalar vətəndaşlarda hakimiyyətdən narazılıq hissləri yaradır. İndi isə söhbət rüşvətin və korrupsiyanın qol-qanad açdığı tibb müəssisələrindən biri olan Bakı şəhəri Nizami rayonundakı 7-saylı doğum evininin fəaliyyətinin qənaətbəxş olmaması və əhalidən tələb olunan rüşvətin həddən ziyadə yüksək olması bildirilir.

Sözü keçən doğum evinə üz tutan sakinlər burada əsl bazar qanunlarının hökm sürdüyünü deyir.

Mənbənin bu barədə redaksiyamıza verdiyi məlumatlarda göstərilir ki, burda ayrı-ayrı xidmətlərə xüsusi qiymət qoyulub. Məsələn, bildirilir ki, qeyserlə doğuş 600-700 manat, sərbəst doğuş isə 300-400 manata başa gəlir. Bu da əhalinin haqqlı olaraq narazılığına səbəb olur. Bütün bu prosesin başında isə baş həkimin durduğu bildirilir. Baş həkim Xatirə doktorun yuxarılara təqdim etdiyi süni hesabatlardan fərqli olaraq doğum evində rüşvət tüğyan edir.

Baş həkimə yaxın mənbələrdən redaksiyamıza sızan məlumatda oda bildirilir ki, Xatirə doktorun “toxunulmazlıq statusu” var. Onun əli “yuxarıların” ətəyindədir . Ona görə də baş həkimə “gözün üstə qaşın var deyən yoxdur”. Amma yox, o, bilməlidir ki, cəmiyyətdə heç kəsin belə “toxunulmazlıq statusu” yoxdur və antikorrupsiya tədbirlərinin gücləndiyi indiki vaxtda öz vəzifəsindən sui-istifadə etmək, dövlətin və xalqın mənafeyini şəxsi mənafeyinə qurban vermək VƏTƏNƏ XƏYANƏTDİR.

P.S. İrəlləyən günlərdə adıçəkilən doğum evində baş verən digər qanunsuzluqlar barədə yazacağıq və biləcəksiniz ki, baş həkimin korrupsiya yuvasına çevirdiyi doğum evində baş verən qanunsuzluqların ört-bastır edilməsində hansı nüfuzlu şəxslərin adı çəkilir.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazıtıq!



5510 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930