Mobil versiya
“Bu bəlaya qarşı uğurlu mübarizə aparacağıq” - İlham Əliyev
Tarix: 13-04-2016, 11:32 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

“Bu bəlaya qarşı uğurlu mübarizə aparacağıq” - İlham Əliyev







“Korrupsiya üzləşdiyimiz ciddi problemlərdən biridir. İslahatlar korrupsiyanın nəzərəçarpan dərəcədə azaldılmasına yönəldilib. Əfsuslar olsun ki, inzibati tədbirlər, eləcə də cəza tədbirləri istədiyimiz effekti vermir”.

“AİA.az” Qafqazinfo -ya istinadən xəbər verir ki, bunu prezident İlham Əliyev Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə deyib. Prezident bildirib ki, bu tədbirlərin müvəqqəti təsiri var, çünki vaxt keçir və digər insanlar gəlir və bu, yenə də təkrarlanır: “Biz nə etməliyik? Bunun üçün təsisati tədbirlərlə şəraiti daraltmalıyıq ki, bu, mümkün olmasın. “ASAN xidmət”dəki kimi, digər sektorlarda da etməliyik. Buna görə, korrupsiyaya qarşı mübarizə davam edəcək və biz imkanları daraldacağıq. Bu bəlaya qarşı uğurlu mübarizə aparacağıq. Həmçinin bunun bir hissəsi olan bürokratiyaya da qarşı gedəcəyik. Bürokratiya korrupsiyaya bağlıdır, çünki bəzi dövlət məmurları nəyisə əldə etmək üçün bürokratik əngəllərdən istifadə edir və sahibkarların, insanların işini çətinliyə salırlar. Onlar bunu öz maraqlarını təmin etmək üçün edirlər.

Bildirmək istəyirəm ki, biz genişmiqyaslı özəlləşdirmə proqramına başlamaq fikrindəyik. Bu, artıq elan edilib. Hazırda hökumət bir sıra sektorlar üzərində çalışır. Ümid edirəm ki, biz Azərbaycanı yeni yanaşma və islahatlarla xarici şirkətlər üçün çox cəlbedici edəcəyik. Bütün bunlar, fikrimcə, qaldırılmış əsas məsələlərdir”.



5433 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

13-11-2019
12-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930