Mobil versiya
Bakıda duman olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir
Tarix: 26-03-2016 | Saat: 17:23
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər


Martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, şimal-şərq küləyi, günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 5-8, gündüz 11-16, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.

Qərb rayonlarından başlayaraq, yağış yağacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Yağışın bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024