Mobil versiya
Bakıda plana düşmüş 1000-dən artıq binanın aqibəti ilə bağlı açıqlama (VİDEO)
Tarix: 16-03-2016, 10:38 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet2 / Karusel | çapa göndər

Bakıda plana düşmüş 1000-dən artıq binanın aqibəti ilə bağlı açıqlama (VİDEO)


Nazirlər Kabinetinin qərarı ilə paytaxtda söküləcək 1000-dən artıq binanın aqibəti ilə bağlı yeni açıqlama verilib.

Dövlət Tikinti Və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib ki, artıq həmin rayonların rəhbərlikləri ilə danışlıqlar aparılıb və müəyyən qərarlar qəbul olunub.

Paytaxtdakı köhnə binaların sökülməsi ilə bağlı müvafiq rayon icra hakimiyyətlərinin rəhbərləri ilə danışıqlar aparılıb. Qərara alınıb ki, söküləcək ərazilər üzrə prespektiv plan hazırlandıqdan sonra söküntü işlərinə başlanılsın.

Sədr müavinin sözlərinə görə, söküləcək binaların sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqları veriləcək. Həmin ərazidə tikiləcək yeni binalardan isə sakinlər yeni mənzillər ilə təmin olunacaqlar. Bu prosedurların həyat keçirilməsi üçün isə icra hakimiyyəti orqanlarına 5 illik səlahiyyətlər verilib.

Dövlətxan Dövlətxanov həmçinin 10 mərtəbədən ibarət binaların inşası ilə bağlı bəzi nüanslara da aydınlıq gətirib. Onun sözlərinə görə, hər bir tikiləcək binanın mərtəbələrinin sayı həmin ərazinin infrastrukturu və orada yaşayan əhalinin sosial tələbatına görə müəyyən edilir



5422 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30