Mobil versiya
"Daha bir neçə icra başçısı işdən çıxarılacaq"
Tarix: 5-03-2016, 10:53 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet2 / Karusel | çapa göndər

"Daha bir neçə icra başçısı işdən çıxarılacaq"


Cənab prezident hər zaman müşavirələrdə xəbərdarlıq edir ki, icra başçıları vətəndaşların yanında olmalı, onların problemlərini həll etməlidir.
Aia.az bildirir ki, bunu azvision.az-a açıqlamasında deputat Vahid Əhmədov son iki gündə bir neçə icra başçısının işdən çıxarılmasına münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, işdən çıxarılan icra başçıları nöqsanlara yol verdikləri üçün vəzifədən kənarlaşdırılıb. Millət vəkili hesab edir ki, vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyən, prezidentin etibarını itirən məmurların işdən çıxarılması qaçılmazdır, prezident bu istiqamətdə ciddi addımlar atır.

"Azərbaycanda iqtisadi islahatlara ciddi yanaşıldığı bir zamanda hər kəs işində diqqətli olmalıdır".

V.Əhmədov hesab edir ki, yol verdikləri nöqsanlara görə bir neçə icra başçısı da tutduğu postla vidalaşmalı olacaq.

Qeyd edək ki, son günlər ölkə başçısının imzaladığı sərəncamla Cəbrayıl, Laçın və Salyan rayon icra başçıları vəzifələrindən azad olunub.



5569 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-07-2019
22-07-2019
21-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031