Mobil versiya
Dərs ili və tətil günlərində dəyişikliklər etmək səlahiyyəti Nazirlər Kabinetinə verilib
Tarix: 28-02-2020, 16:26 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Dərs ili və tətil günlərində dəyişikliklər etmək səlahiyyəti Nazirlər Kabinetinə verilib


Azərbaycanda ümumtəhsil müəssisələrində fövqəladə hallarla bağlı tədris ili müddəti və tətil günlərində dəyişikliklər etmək səlahiyyəti Nazirlər Kabinetinə verilib.

Bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, bu məsələ Nazirlər Kabinetinin yeni təsdiq etdiyi “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” adlı sənəddə öz əksini tapıb.

C.Valehov əlavə edib ki, əvvəl müxtəlif fövqəladə hallarla bağlı həm bütün ölkə ərazisində, həm də ayrı-ayrı ərazi vahidlərində tədris ilinin müddəti və ya tətil günlərində dəyişiklik etmək səlahiyyəti Təhsil Nazirliyinə məxsus idi. Yeni sənədə görə isə bütün ölkə ərazisində ümumtəhsil müəssisələrində fövqəladə hallarla bağlı tədris ili müddəti və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin qərarı ilə edilə bilər. Ayrı-ayrı ümumtəhsil müəssisələrində isə müddətlər Təhsil Nazirliyinin əmri əsasında dəyişdirilə bilər.

aia.az



595 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

06-04-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}