Mobil versiya
Koronavirusa yeni yoluxma halları azalıb
Tarix: 10-02-2020 | Saat: 10:08
Bölmə:Karusel / Dünya | çapa göndər

Koronavirusa yeni yoluxma halları azalıb


Çinin Uhan əyalətindən başqa, bütün regionlarında koronavirusa yoluxma halları artıq altıncı gündür ki, azalmağa doğru gedir.

“RİA Novosti”nin məlumatına görə, bu barədə ÇXR dövlət səhiyyə komitəsi xəbər yayıb.

Gündəlik məlumatlara baxanda Uhan istisna olmaqla, digər regionlarda müsbət dinamika aydın görünür. Belə ki, fevralın 3-də bütün ölkə boyu 3235 yoluxma müəyyən edilib, onlardan 890-ı Uhandan kənarda qeydə alınıb.

Bundan sonra fevralın 4-də müvafiq olaraq 3887 və 731, fevralın 5-də 3694 və 707, fevralın 6-da 3143 və 696, fevralın 7-də 3399 və 558, fevralın 8-də 2656 və 509, fevralın 9-da 3062 və 444 göstəriciləri yeni yoluxma hallarında azalma səviyyəsini bariz şəkildə göstərir.

Dövlət komitəsinin rəsmi nümayəndəsi Mi Feng bu cür dinamikanın xəstəliyin yayılmasının qarşısının alınmasında ümumdünya səviyyəsində tətbiq olunan ciddi tədbirlərin səmərəliliyini nümayiş etdirdiyini bildirib.

Son məlumatlara görə, yeni növ koronavirus Çinin Uhan əyalətində artıq 871 nəfərin həyatına son qoyub, xəstəliyə yoluxanların sayı isə 29 631-ə çatıb. Ümumi olaraq 1 795 insan virusdan sağalıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024