Mobil versiya
Salyan rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş Şahmat üzrə rayon birinciliyi keçirilib - FOTOLAR
Tarix: 16-01-2020 | Saat: 17:39
Bölmə:İdman | çapa göndər

Salyan rayonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş Şahmat üzrə rayon birinciliyi keçirilib




10-14 yanvar 2020-ci il tarixlərdə Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində Salyan rayon İcra Hakimiyyəti Başçısı və Azərbaycan Respublikası Gənclər və İdman naziri tərəfindən razılaşdırılmış və Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən təsdiq edilmiş iş və tədbirlər planına əsasən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş səkkiz yaş qrupunda Şahmat üzrə rayon birinciliyi keçirilmişdir.

İlk öncə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Əlişir Əliyev 20 Yanvar faciəsi haqqında məlumat verərək qeyd etdi ki, 20 Yanvar qan yaddaşımız xalqımızın igidlik salnaməsidir.

Beynəlxalq şahmat qaydalarına əsasən keçirilən birincilik 8 yaş qrupu üzrə keçirilmişdir. Yarışların yekununda hər yaş qrupu üzrə I, II, III yerlər müəyyənləşdirildi.

Qaliblər Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif edildilər.

aia.az













Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024