Mobil versiya
Qazax Dövlət Sosial-İqtisadi Kolleci – tələbələrin təqaüd kartlarına kim müdaxilə edir..?
Tarix: 15-01-2020, 16:43 | Saat: 15:47:00
Bölmə:Manşet / Təhsil / Seçilənlər-2 | çapa göndər

Qazax Dövlət Sosial-İqtisadi Kolleci – tələbələrin təqaüd kartlarına kim müdaxilə edir..?




Dünən redaksiyamızın elektron ünvanına Qazax Dövlət Sosial-İqtisadi Kollecində təhsil alan tələbələrin valideynləri tərəfindən ölkə rəhbərliyinə ünvanlanmış şikayət məktubunun surəti daxil olub. Qeyd edək ki, məktubda Elşad Quliyevin rəhbərlik etdiyi orta-ixtisas təhsili müəssisəsində yer aldığı iddia olunan çoxsaylı qanun pozuntularına dair iradlar bildirilir. O cümlədən, valideynlər kollecdə bu günlərdə yer almış daha bir mənimsəmə faktına dair konkret dəlillər gətirir və baş vermiş hadisədə təqsirkar olan şəxslərin müəyyənləşdirilərək cəzalandırılmalarını tələb edirlər. Bu xüsusda məktubda deyilir:

“Qazax Dövlət Sosial-İqtisadi Kollecinin aqronomluq şöbəsində təhsil alan Səbinə Heydərova 2019-cu ilin oktyabr ayında təqaüd kartını dəyişmək məqsədilə kollecə təhvil verib. Bu ilin yanvar ayında, bir neçə gün bundan öncə Səbinə yeni kartı geri alıb. Sonra tələbə kartdan təqaüdünü çıxarmaq üçün banka yollanıb. Lakin kartı bankomata daxil edəndə məlum olub ki, vəsait artıq kartdan çıxarılıb. Bundan sonra Səbinə yenidən kollecə müraciət edib. Əvvəlcə ona heç bir izahat verməyiblər. Sonra məsələyə Səbinənin babası Səfər müəllim müdaxilə edib. Qazaxda hamı Səfər müəllimi savadlı, qanunları bilən, haqqını tələb etməyi bacaran bir insan kimi tanıyır. Məhz Səfər müəllimin müdaxiləsindən sonra Səbinə təqaüdünü ala bilib. Lakin bu gün Qazax Dövlət Sosial-İqtisadi Kollecinin əksər tələbələrinin təqaüdləri bu yolla mənimsənilir. Arxasında Səfər müəllim kimi böyükləri olmayan tələbələr isə etiraz səslərini də çıxara bilmirlər. Səbinə Heydərovanın kartından həmin vəsaitin necə çıxarılmağına isə hələ də aydınlıq gətirilməyib. Halbuki, indi bütün bankomatlarda məxsusi olaraq belə hallara qarşı kameralar mövcuddur. Biz tələb edirik ki, hüquq mühafizə orqanları, Baş prokurorluq bu hadisəni araşdırsın. Şübhə etmirik ki, bu və hələ üstü açılmamış bir çox maxinasiyaların arxasında bilavasitə kollecin direktoru Elşad Quliyev durur...”

Qeyd edək ki, valideynlər uşaqlarının direktor tərəfindən cəzalandırılacaqlarından çəkinərək adlarının çəkilməsini istəmirlər. Digər tərəfdən də valideynlər dövlət sənədi olan qiymətləndirmə jurnallarında müəllimlər tərəfindən qeyd olunmuş qiymətlərlə, kollecin monitorinq və qiymətləndirmə şöbəsinin kompüterində qeydə alınmış və bilavasitə direktor tərəfindən tənzimlənən qiymətlər arasında ciddi fərqlər olduğunu iddia edirlər. Lakin bu barədə, eləcə də əsil oliqarx kimi təqdim olunan direktorun əmlakına dair açıqlamalar barədə artıq növbəti sayımızda ətraflı söhbət açacağıq.


aia.az



5380 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

03-04-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}