Mobil versiya
Erməni özününküləşdirir, bizimki özgəninkiləşdirir...
Tarix: 27-12-2019 | Saat: 14:10
Bölmə:Manşet / Təhsil | çapa göndər

Erməni özününküləşdirir, bizimki özgəninkiləşdirir...




Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovu plagiatda ittiham edən müəllifin uğrunda çalışdığı məqsəd nədir?


Bəri başdan deyim ki, mətbuat səhifələrində kiminsə şərəf və ləyaqətinə xələl gətirə biləcək, hətta ədəb qaydalarına azacıq da olsa zidd olacaq ifadələrə yer verilməsinin qəti əleyhinəyəm. Hesab edirəm ki, əlinə qələm götürüb öz fikirlərini, düşüncələrini ictimaiyyətə təqdim edilə biləcək qədər önəmli hesab edən hər kəs, ən azından müraciət etdiyi cəmiyyətə hörmətini də izhar etməlidir. Bu birmənalıdır və özünə hörmət edən hər bir insan bu qaydaya mütləq şəkildə riayət etməlidir

İndi isə keçək əsas mövzuya. Bəli, mövzu Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovun plagiatda ittiham edilməsilə bağlıdır. Ola bilsin ki, təqdim etdiyim bu materialın başlığı oxucularda mənim ADAU rektorunu müdafiə etmək istədiyimə dair təəssürat yaratsın. Amma mənim belə bir fikrim, niyyətim yoxdur. Həmçinin, heç düşünmürəm də ki, İbrahim müəllimin belə bir zəif müdafiəçiyə ehtiyacı olsun. Sadəcə olaraq, artıq bir neçə gündür ki, bu mövzu ətrafında internet səhifələrində davam edən “atışmalara” dair mən də bəzi fikirlərimi bildirmək istəyirəm.

İlk növbədə bunu deməliyəm ki, İ.Cəfərovu plagiatda ittiham edən müəllifin dəlilləri qətiyyən qənaətbəxş deyil. Belə ki, ittihamla çıxış edən şəxsin öz dediklərinə sübut kimi təqdim etdiyi kitab (“Химическая защита растений”), İ.Cəfərovun kitabında (“Fitoterapiya”) əhatə olunmuş eyni sahədən bəhs edən, rus dilində tərtib olunmuş, fərqli müəllifə məxsus olan elmi-tədris vəsaitindən başqa bir şey deyildir. Təbii ki, bu kitabların məzmunca oxşarlıqları, fikir eynilikləri olacaq. Hətta olmalıdır da. Deyək ki, söhbət orta məktəb üçün riyaziyyat dərsliyindən gedir. Aydındır ki, iki vur iki Rusiyada da dörd eləyir, Azərbaycanda da, Çində də... İndi buna görə hansı müəllifi plagiatda ittiham etməliyik?

Digər bir tərəfdən, belə bir vacib amili qətiyyən nəzərdən qaçırmaq olmaz ki, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Timiryazev adına Rusiya Aqrar Universiteti arasında artıq neçə ildir ki, sıx əməkdaşlıq mövcuddur. Bu isə o deməkdir ki, hər iki tərəfdən ərsəyə gətirilən yeni elmi işlər, yazılan elmi əsərlər qarşı tərəfdən diqqətlə izlənilir, öyrənilir. Yəni, belə bir şəraitdə bizim universitet rektorunun hər hansı bir rus aliminin əsərini tərcümə edərək Azərbaycanda öz adına çıxarmasını doğrudanmı mümkün hesab edirsiz? İnanın ki, belə bir hal baş vermiş olsaydı, bu artıq çoxdan böyük bir beynəlxalq qalmaqala yol açmışdı. Ən azından Rusiyalı müəllif(lər) buna kəskin etirazlarını bildirərdi(lər). Bu baş veribmi? Yox. Bizim ittihamçı isə belə bir iddianı ortaya qoymazdan öncə, həqiqətən də, ilk növbədə Rus dili üzrə (həm də elmi-texniki sahədə), sonra da müqayisə edilən kitablarda əhatə olunan sahələr üzrə özünün kifayət qədər hazırlıqlı bir mütəxəssis olduğunu isbatlamalıdır. Əks halda, bütün bu ittihamlar hətta onları təkzib etmək üçün yazılmalı olan qısa bir arayışın hazırlanmasına sərf ediləcək vaxta belə dəymir.

Bu yazının başlığına gəlincə. Çox istərdim ki, ADAU rektorunu plagiatda təqsirləndirilən hörmətli həmkarımın indiyədək bizim deyil, bizdən nələrin oğurlandığına dair yazıları ilə tanış olum. Tam səmimi olaraq deyirəm, əgər müəllif məhz qeyd etdiyim istiqamətdə belə təkidlə səylər göstərmiş olarsa, bəlkə mənfur ermənilər də “Sarı gəlin”ə qarşı iddialarından əl çəkərlər. Yoxsa bizə qalsa, bir azdan baxarsan ki, Füzulini də Nizamidən plagiatda ittiham etməyə başlarıq...

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024