Mobil versiya
Avtobus sürücülərinə və piyadalara xəbərdarlıq
Tarix: 8-02-2016, 12:46 | Saat: 15:47:00
Bölmə:Gündəm / Manşet2 / Karusel | çapa göndər


Avtobus sürücülərinə və piyadalara xəbərdarlıq
Bu il yanvarın 1-dən 6-dək Mərkəzi Məlumat Xidməti (MMX) tərəfindən sürücülər barəsində 59474 elektron protokol tərtib edilib. Yol polisi əməkdaşları tərəfindən isə yol hərəkəti qaydalarının pozulmasına dair 84 488 inzibati protokol tərtib olunub.
Bu barədə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov qeyd edib ki, ötən ilin müvafiq dövründə bu rəqəm 87319 təşkil edib: "Yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə tərtib olunan inzibati protokolların sayı 2831 fakt azalıb. Bu isə onu göstərir ki, paytaxtda sürücülər tərəfindən yol hərəkəti qaydalarına riayət edilməsinə diqqət artıb, onların mədəni səviyyəsi yüksəlib. Eyni zamanda, belə müsbət göstəricinin əldə olunmasında ölkədə yol hərəkəti qaydalarının pozulmasına görə qanunvericilikdə cəzaların sərtləşməsinin də ciddi rolu olub".

Bölmə rəisinin sözlərinə görə, demək olar ki, əksər hallar üzrə azalma müşahidə edilib. Məsələn sərxoş, işıqforun qırmızı işığında keçən, yol ayrıclarını keçmə qaydalarını pozan, qarşı hərəkət zolağına çıxan, avtomobili nömrəsiz idarə edən, polisə tabe olmayan, qəza şəraiti yaradan sürücülərin sayı azalıb. Yalnız sürət həddini 10-20 km/saat civarında aşan sürücülərin sayı nisbətən artıb. Amma daha çox narahatlıq doğuran başqa məqamlardır: "Sərnişindaşıma sahəsində qaydaların pozulması ilə bağlı 242 fakt artıb və 434 avtobus sürücüsü məsuliyyətə cəlb edilib. Eyni zamanda avtomobilin müvafiq sənədləri olmadan idarə edilməsi halları da 133 fakt artaraq 565 olub. Bundan əlavə, yolu necə gəldi keçdiyinə görə məsuliyyətə cəlb edilən piyadaların sayı 11778-dən 12881-ə çatıb. Ona görə də bir daha belə sürücüləri və piyadaları yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq. Axı bu qaydaların pozulması hər an sizin və yaxınlarınızın həyatı bahasına başa gələ bilər".

Qeyd edək ki, bu il yanvarın 1-dən fevralın 6-dək Bakı şəhərinin inzibati ərazisində 52 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nətəcədə 10 nəfər ölüb, 56 nəfər xəsarət alıb.



5542 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930