Mobil versiya
Şəmsəddin Hacıyev – 69
Tarix: 7-11-2019, 14:12 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Şəmsəddin Hacıyev – 69




Bu gün, noyabr ayının 8-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyevin 69 yaşı tamam olur. Professor Şəmsəddin Hacıyev Azərbaycanın özünəməxsus inkişaf modelinin elmi əsaslarla tədqiqində müstəsna xidmətləri olan görkəmli alimdir. Özünün bütün elmi və ictimai-siyasi fəaliyyəti dövründə Şəmsəddin Hacıyev hər zaman milli dövlətçilik mövqeyindən çıxış etmiş, malik olduğu fundamental elmi bilikləri və yüksək peşəkarlığını yalnız Azərbaycan dövlətinə və xalqına xidmətə yönəltmişdir.

Görkəmli alim və ictimai-siyasi xadim Şəmsəddin Hacıyevin çoxşaxəli fəaliyyəti hər zaman milli dövlətçiliyimizin möhkəmləndirilməsinə və Azərbaycan iqtisadiyyatının elmi əsaslar üzərində qurulması işinə və ümumilikdə iqtisadiyyat elminin inkişafına xidmət etmişdir. Ölkəmizdə “Dünya təsərrüfatı və beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə iqtisad elmləri doktoru alimlik dərəcəsini almış yeganə elm xadimi olan Şəmsəddin Hacıyev 110-dan çox elmi əsərin müəllifidir. Bunların sırasında müxtəlif xarici ölkələrdə çap edilmiş onlarla monoqrafiya, kitab, dərslik və dərs vəsaiti, elmi məqalə, məruzə, tezislər və s. vardır. ki, onların da əksəriyyəti dir. İndiyə qədər onun elmi rəhbərliyi ilə 20-dən artıq iqtisad elmləri namizədi, 4 elmlər doktoru hazırlanmışdır. Bütün bunlar isə Şəmsəddin Hacıyevin Azərbaycan elminin inkişafına verdiyi misilsiz tövhələrin sadəcə bir hissəsidir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru olduğu 2004-2014-cü illər ərzində Şəmsəddin Hacıyev bu ali təhsil müəssisəsinin həqiqətən də ölkənin aparıcı universitetlərindən birinə çevrilməsində xüsusilə böyük rol oynamışdır. Məhz Şəmsəddin müəllimin rektorluq illərində ADİU bir sıra əhəmiyyətli uğurlara imza atıb və bu təhsil ocağının nailiyyətləri dəfələrlə ən yüksək səviyyələrdə müsbət qiymətləndirilib. Bu gün də Şəmsəddin Hacıyev Azərbaycan Dövlət İqtisad Universitetinin Dissertasiya Şurasının sədri kimi bu universitetinin inkişafına öz dəyərli tövhələrini verməkdədir. Bunu da qeyd edək ki, hörmətli professorun elmi fəaliyyəti bir çox nüfuzlu beynəlxalq elmi dairələrdə də yüksək qiymətləndirilir. Belə ki, Şəmsəddin Hacıyev hazırda Avropa Rektorlar Klubunun üzvü, Beynəlxalq Kadr Akademiyasının (Ukrayna) və Avstriya Beynəlxalq Universitetinin fəxri doktorudur.
2010-cu ildə Göyçay-Ağdaş seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçildikdən sonra Şəmsəddin Hacıyevin fəaliyyət dairəsi bir qədər də genişlənmiş və onun ölkəmizin ictimi-siyasi həyatındakı rolu bir qədər də artmışdır. Bir müddət Milli Məclisin Elm və Təhsil Komitəsinə sədrlik edən Şəmsəddin Hacıyev bu vəzifədə də bir sıra əhəmiyyətli uğurlara imza atmışdır. Eyni zamanda da Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-İran, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü kimi Şəmsəddin müəllim ölkəmizin digər dövlətlərlə dostluq əlaqələrinin möhkəmlənməsi, Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə artması işinə də öz tövhələrini verməkdədir.

Professor Şəmsəddin Hacıyevin elmi fəaliyyəti və xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, görkəmli alim 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Biz də görkəmli alim və ictimai-siyasi xadim Şəmsəddin Hacıyevi anadan olmasının 69-cu ildönümü münasibətilə səmimi qəlbdən təbrik edir, hörmətli professora uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin bundan sonrakı inkişafı naminə yeni-yeni uğur və nailiyyətlər arzu edirik!

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



5109 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

13-12-2019
12-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031