Mobil versiya
Nazirlikdə dəyişiklik - Təhsil naziri əmr verdi
Tarix: 7-07-2015, 14:09 | Saat: 15:47:00
Bölmə:Təhsil / Manşet / Karusel | çapa göndər

Nazirlikdə dəyişiklik - Təhsil naziri əmr verdi
Nazirlikdəki bu şöbənin adı dəyişdirilərək, Xüsusi təhsil şöbəsi adlandırılıb.
Təhsil naziri Mikayıl Cabbarov xüsusi təhsil məsələləri barədə əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, əmr “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ilə müəyyən edilən xüsusi və inklüziv təhsilin keyfiyyətinin təminatı istiqamətində tədbirlərin davam etdirilməsi, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası ilə bağlıdır.

Nazirin əmrinə görə, xüsusi, inteqrasiyalı və inklüziv təhsil üzrə elmi-tədris-metodiki rəhbərlik De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə həvalə olunacaq.

De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Sosial işin təşkili və statistika şöbəsinin adı dəyişdirilərək, Xüsusi təhsil şöbəsi adlandırılıb.

Sosial işin təşkili və statistika şöbəsinin funksiyaları isə İdarənin Dövlət uşaq müəssisələri və alternativ xidmətlər üzrə şöbəsinə verilib.

M.Cabbarovun tapşırığına görə, respublika Psixoloji-Tibbi-Pedaqoji Komissiyası 1 (bir) ay müddətində 2012-2014-cü illər ərzində fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə Təhsil Nazirliyinə hesabat təqdim etməlidir.

De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə (M.Hacıyeva) tapşırılıb ki, 3 (üç) ay müddətində xüsusi təhsilin təkmilləşdirilməsi, o cümlədən psixoloji-tibbi-pedaqoji komissiyasının tərkibinə dair təkliflərini rəhbərliyə təqdim etsin.



5607 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-10-2019
22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031