Mobil versiya
Müsavatçılar da Cəmil Həsənlinin mitinqin ləğv edilməsi təklifini dəstəklədi
Tarix: 31-10-2019 | Saat: 18:28
Bölmə:Siyasət | çapa göndər

Müsavatçılar da Cəmil Həsənlinin mitinqin ləğv edilməsi təklifini dəstəklədi


Müsavatçılar "Milli Şura"nın (MŞ) sədri Cəmil Həsənlinin MŞ-nın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış aksiyanın təxirə salınması barədə təklifini dəstəkləyirlər.

aia.az Trend-ə istinadən bildirir ki, Müsavat Partiyası sədrliyinə keçmiş namizəd Yadigar Sadıqlı razılaşdırılmamış aksiyanın təxirə salınmasını doğru addım kimi dəyərləndirib.

Y.Sadıqlı qeyd edib: "Cəmil Həsənli 2 noyabr mitinqini təxirə salmağı təklif edib. Zənnimcə, doğru addımdır. Ümumiyyətlə, mitinqin belə erkən vaxta təyin olunması tələsik və o qədər də uğurlu olmayan addım idi".

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, "Neftçi İdman Klubu"nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.

Lakin AXCP sədri Əli Kərimli aksiyanın razılaşdırılmamış şəkildə Nəsimi rayonu, metronun "28 may" stansiyasının yaxınlığında keçiriləcəyini bildirib. DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024