Mobil versiya
BSU-dan “Azinforum”un yazısına reaksiya- bəzi suallar isə cavabsız qaldı?
Tarix: 31-10-2019, 14:10 | Saat: 15:47:00
Bölmə:Manşet / Təhsil | çapa göndər

BSU-dan “Azinforum”un yazısına reaksiya- bəzi suallar isə cavabsız qaldı?


Azinforum.az İnformasiya Portalında dərc edilən və bir çox elektron KİV-lər tərəfindən tirajlanan “Nurlana Əliyeva elmi dərəcəsi olmayan kollec müəllimlərini BSU-ya hansı məqsədlə yerləşdirir…” başlıqlı yazıya Bakı Slavyan Universiteti tərəfindən reaksiya verilib. KİV haqqında qanunun tələblərini rəhbər tutaraq Universitet tərəfindən saytımızın elektron poçtuna göndərilən mövqeni olduğu kimi dərc edirik:

“2019-cu il oktyabr ayının 25-də müxtəlif internet media resurslarında Bakı Slavyan Universiteti (BSU) haqqında həqiqətdən uzaq olan qərəzli yazı dərc edilib. Həmin yazıda iddia edilir ki, guya Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasına elmi dərəcəsi olmayan beş-altı nəfər müəllim işə qəbul edilib. Həqiqətdən çox uzaq olan həmin yazıya cavab olaraq bildiririk ki, Pedaqogika və psixologiya kafedrasına müvafiq peşə-ixtisas dərəcəsinə malik olan müəllimlər işə qəbul edilib və mövcud qanunvericilik onların ixtisaslarına uyğun olaraq ali təhsil müəssisələrinin müvafiq kafedralarına işə qəbul edilmələrinə icazə verir. Bütün digər kafedralarda da qeyd etdiyimiz bu meyarlar əsas şərt, başlıca amildir”.

Məlumatda bildirilir ki, universitet rəhbərliyi bütün professor-müəllim heyətinə, həmçinin digər əməkdaşlarına eyni mövqedən yanaşır, onlara lazımi diqqət və qayğı göstərir.

BSU-da işə qəbul zamanı müasir dünyagörüşünə, yaradıcı təfəkkürə, dərin biliyə, pedaqoji peşəkarlıq və təcrübəyə, eləcə də müsbət mənəvi-əxlaqi keyfiyyətlərə malik olan yüksək səviyyəli mütəxəssislərə üstünlük verilir: “Belə olan halda bu iddialar tamamilə əsassızdır və reallığı əks etdirmir. Diqqətinizə xüsusi çatdırmaq istəyirik ki, BSU-da son illər təhsilin keyfiyyətinin yaxşılaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, professor-müəllim heyətinin bilik və peşəkarlıq səviyyəsinin artırılması, təhsilin və elmin inteqrasiyası və vəhdət halında inkişafı, təhsilin beynəlmiləlləşdirilməsi, xarici əlaqələrin genişləndirilməsi, yerli və beynəlxalq layihələrdə fəal iştirak edilməsi üçün məqsədyönlü səmərəli fəaliyyət həyata keçirilir.

Belə həqiqətdən uzaq olan yazılar isə BSU-da təhsil və idarəetmə sahəsində həyata keçirilən yeniliklərin, islahatların, innovativ təşəbbüs və ideyaların üzərinə kölgə salmağa, görülən uğurlu işlərin məzmun və mahiyyətini təhrif etməyə yönəlib.

Universitetin kollektivi belə reallıqdan uzaq yazıları ictimai fikri çaşdırmaq, universitetin işgüzar nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndirir və buna birmənalı olaraq öz etirazını bildirir. Belə yoxlanılmadan dərc edilən yazılar universitetin kollektivində böyük narazılıq hissi doğurur və yolverilməzdir. Buna görə də hörmətli media təmsilçilərindən təhsil sahəsi ilə bağlı yazılar dərc edərkən “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa və “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na uyğun olaraq daxil olan məlumatları tam və hərtərəfli araşdırmağı, yoxlanılmadan dərc edilməməsini xahiş edirik”.

Azinforum.az-dan: BSU tərəfindən verilən rəsmi reaksiyanın məzmunundan da görünür ki, universitetin müvafiq kafedralarına kənardan müəllimlər yerləşdirilməsi faktı təkzib edilmir. Ancaq maraqlıdır ki, universitet tərəfindən təqdim edilən və daha çox zəhmətkeş məktubu məzmunu kəsb edən (unversitetin bütün kollektivinin adı hallandığı üçün-red) cavabda əsl faktdan diqqət yayındırılır və heç bir əsas olmadan biz az qala təxribat törətməkdə günahlandırılırıq. Biz bilirik ki, hansısa dövlət müəsissəsinə şəxsi işə sənədləşməni qaydasına salıb qəbul edirlər. Bizim bu sadə prosedurla bağlı heç bir iradımız da olmayıb. Bilirik ki, bu, universitetin kadrlar şöbəsinin səlahiyyətinə aid olan texniki məsələdi. Çox xahiş edirik rektor Nurlana Əliyeva belə bir suala cavab versin: o, universitetə rektor təyin olunandan sonra, əvvəl rəhbəri olduğu Pedaqoji Kollecdən neçə nəfər elmi dərəcəsi olmayan müəllim BSU-ya tranfer olunub? Sayını biz bildiyimiz üçün, belə bir sual da veririk: məgər Pedaqoji Kollec BSU-ya elmi dərəcəsi olmayan kadrlar hazırlayan baza rolunu oynayır? Bu suallarımıza cavab verilsə, məmnuniyyətlə onu da dərc edərik…

aia.az



5177 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-11-2019
19-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930