Mobil versiya
Məmməd Musayev: İqtisadiyyat Nazirliyinin strukturunun genişləndirilməsi sahibkarlığın inkişafına mühüm töhfə verəcək
Tarix: 24-10-2019, 15:35 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Məmməd Musayev:


Bu gün Azərbaycanda qeydiyyatdan keçən hüquqi şəxslərin sayı 100 mindən, fiziki şəxslərin sayı isə 900 mindən çoxdur.

Trend-in məlumatına görə, bunu "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev bu gün Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

M.Musayev bildirib ki, bu göstərici Azərbaycanda həyata keçirilən uğurlu islahatlar və sahibkarlığın inkişafı üçün yaradılan şərait sahəsində mümkün olub.

O qeyd edib ki, İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi sahibkarlığın inkişafına mühüm töhfə verəcək: “Bu nazirlik sahibkarlar üçün ən yaxşı yer olacaq. Sahibkarlar bir unvan tanıyacaq və bütün məsələlərin həllini bir ünvanda tapacaqlar. Bu çox mükəmməl bir idarəetmə mexanizmidir”.

aia.az



5121 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

12-11-2019
08-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930