Mobil versiya
Bu il Bakıda 8023 cinayət qeydə alınıb
Tarix: 23-10-2019, 19:20 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Bu il Bakıda 8023 cinayət qeydə alınıb


Bu ilin 9 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 8023 cinayət qeydə alınıb ki, onların da 87,7 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 12,3 faizi isə ağır və xüsusilə ağır növlər olub.

Azvision.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini, polis polkovniki Teymur Hacıyev İdarədə keçirilən geniş əməliyyat müşavirəsində deyib.

Onun sözlərinə görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlər 3,2 faiz, az ağır cinayətlər 1,5 faiz, böyük ictimai təhlükə törətməyən cinayətlər 9,5 faiz, adam öldürməyə cəhdlər 13,6 faiz, ehtiyatsızlıqdan adam öldürmə 20 faiz, mülkiyyət əleyhinə cinayətlər 12 faiz azalıb.

İstintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 93,9 faizi ödətdirilib.


aia.az



5130 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930