Mobil versiya
Metropolitendə telefon oğurlayan Masallı sakini saxlanılıb
Tarix: 18-10-2019, 10:50 | Saat: 15:47:00
Bölmə:Hadisə | çapa göndər

Metropolitendə telefon oğurlayan Masallı sakini saxlanılıb


Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində stansiyaların platformalarında və qatarlarda sıxlıq olan zaman sərnişinlərin cibindən mobil telefon oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Masallı rayon sakini Namiq Musayev tutulub. Araşdırmalarla onun cari ilin oktyabr ayının 10 və 11 tarixlərində iki qadın sərnişinin cibgirlik yolu ilə “Samsung” markalı mobil telefonunu oğurladığı məlum olub.

Hər iki zərərçəkən əvvəlcə polisə mobil telefonlarının Metropolitendə olarkən itdiyi barədə məlumat versələr də, polislər tərəfindən araşdırma aparılan zaman həmin əşyaların N.Musayev tərəfindən oğurlandığı müəyyən edilib. Qeyd edək ki, saxlanılan şəxs mobil telefonları ələ keçirəndən sonra satıb. N.Musayev ifadəsində platformalarda insanların sıx olduğu vaxtlarda sərnişinlərin vaqonlara daxil olduğu zaman cibgirlik etdiyini etiraf edib.

Faktla bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir. Namiq Musayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Metropolitendə Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.


aia.az



573 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930