Mobil versiya
Deputat: “Biz AŞPA-da Azərbaycana uduzduq”
Tarix: 03-02-2016 | Saat: 17:01
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər

Deputat: “Biz AŞPA-da Azərbaycana uduzduq”
Ermənistan hakimiyyəti AŞPA-nın qış sessiyasında Qarabağ məsələsinə dair iki qətnamə layihəsindən ancaq birinin-Sərsəng su anbarından istifadəyə dair sənədin qəbul edilməsini, işğal altındakı Azərbaycan ərazilərində zorakılıq hallarına dair Robert Uolterin məruzəsinin səsvermədən keçməməsini İrəvanda hakimiyyət dairələri “uğur” kimi qiymətləndirirlər. Lakin düşmən ölkədə hamı bu fikirdə deyil.

Ermənistan parlamentinin bu gün keçirilən iclasında müxalifətdən deputat Qrant Baqratyan AŞPA-da baş verənləri məğlubiyyət adlandırıb.

“Biz AŞPA-da uduzduq. Getmişdik ki, iki qol vuraq. Ancaq bir qol da vura bilmədik, 1:0 hesabı ilə uduzduq. Müsəlmanlar haqda danışırıq. İndi biz xristian-müsəlman məsələsini həll edən millət olmuşuq? Bizim Qarabağ problemimiz var və onu həll etmək lazımdır”-Baqratyan bildirib.



Qrant Baqratyanın sözlərinə görə, Ermənistanda heç üç deputat da tapa bilməzsən ki, Sərsəng su anbarının problemi haqda bilsin. Deputat deyir ki, AŞPA-da liberallar və demokratlar Alyansının nümayəndələri əsasən “antierməni” məruzələrinin lehinə səs verdikləri barədə danışmazdan əvvəl hər şeyi dəqiqləşdirmək lazımdır. Baqratyan həmçinin özünün rəhbərlik etdiyi “Azadlıq” partiyasına büdcədən ödənməli olan 5 min dolları tələb edib. “Bizim üzvlük haqqımızı verin, biznesimiz, gəlirimiz yoxdur. Heç iclaslara da gedə bilmirik”-o deyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024