Mobil versiya
Biləsuvar – mədəniyyət tədbirləri əhalinin bütün təbəqələrini əhatə edir
Tarix: 9-10-2019, 10:59 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Biləsuvar – mədəniyyət tədbirləri əhalinin bütün təbəqələrini əhatə edir



Elçin Hüseynovun rəhbərlik etdiyi Biləsuvar Regional Mədəniyyət İdarəsi və qurumun tabeliyində olan bütün digər müəssisələr bu sahədə səmərəli fəaliyyətlərini uğurla davam etdirirlər

Mövzuya dair dərc etdiyimiz ötən yazılarda da biz artıq qeyd etmişdik ki, Mədəniyyət Nazirliyinin Biləsuvar Regional Mədəniyyət İdarəsinin fəaliyyəti mütəmadi olaraq keçirilən müxtəlif tədbirlərlə hər zaman çox zəngin olub. Bu müsbət tendensiya indi də davam etməkdədir. O cümlədən, yeni başlamış oktyabr ayı ərzində idarənin əhatə etdiyi rayonlarda artıq 20-dən çox müxtəlif mədəniyyət tədbiri keçirilib.

“Məndə sığar iki cahan”




Məlum olduğu kimi, bu il Azərbaycanın dahi mütəfəkkir şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ölkəmizdə 2019-cu il “Nəsimi ili” elan edilib.

Artıq neçə müddətdir ki, respublikamızın bütün şəhər və bölgələrində ardıcıl olaraq böyük Nəsimiyə həsr olunmuş tədbirlər keçirilir. O cümlədən, oktyabr ayının 4-də Salyan rayon Mərkəzi Kitabxanasında Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadı, şair, mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş “Məndə sığar iki cahan” adlı tədbir keçirilib. Tədbirdə mədəniyyət işçiləri, Seyidsadıqlı kənd məktəbinin, Arbatan kənd məktəbinin, Salyan peşə liseyinin kollektivləri iştirak ediblər.Tədbirdə Seyidsadıqlı kənd orta məktəbin şagirdləri tərəfindən Nəsiminin qəzəlləri söylənilib. Sonda Nəsimiyə həsr olunmuş qısa metrajlı film nümayiş olunub.

Ahıllara diqqət və qayğı hamımızın borcudur



BMT-nin Baş Məclisi 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir. Həmin Qətnamənin prinsiplərinə uğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qəbul edilmişdir. Bu məsələyə ölkəmizdə də ciddi diqqət yetirilir. Belə ki, 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. 1993-cü ildən başlayaraq hər il oktyabr ayının 1-i Respublikamızda “Beynəlxalq Ahıllar Günü” kimi qeyd olunur. Həmin günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək imkanlı müəssisələr, təşkilatlar və qeyri-hökumət təşkilatları ilə birlikdə əməli tədbirlər görməkdən ibarətdir.

Beynəlxalq Ahıllar Günü ərəfəsində bütün dünyada olduğu kimi, Respublikamızın şəhər və rayonlarında icra hakimiyyətləri, əmək kollektivləri, ictimai təşkilatlar və qeyri-hökumət təşkilatları rayon ərazisində yaşayan ahıl vətəndaşların ehtiyaclarını öyrənərək onlar üçün bayram süfrələri, ərzaq bağlamaları təşkil edir, müxtəlif xeyriyyə, şəfqət və mədəni-kütləvi tədbirlər həyata keçirirlər.

Həmçinin Biləsuvar rayonunda da 1 Oktyabr Ahıllar Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirə dəvət olunmuş yaşlı nəslin nümayəndələri üçün bayram süfrəsi açılmış, onlara xüsusi hazırlanmış konsert proqramı təqdim edilmişdir. Ahılların qarşısında Biləsuvar rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivləri iştirak etmişlər.



Bundan başqa 1 Oktyabr Ahıllar Günü ilə əlaqədar Biləsuvar rayonu 10 saylı məcburi köçkün qəsəbəsində fəaliyyət göstərən Cəbrayıl rayon Hacılı kənd klubunda “Ahıllardan nəsihət götürək” adlı tədbir keçirilib. Tədbirin gedişində yaşlı nəslin zəngin irslərinin öyrənilməsi, onların həyat təcrübəsinin müxtəlif sahələrdə tətbiqi kimi məsələlər müzakirə olunub.

Kitabxanaçılar yeni aya silsilə tədbirlərlə başladılar

Oktyabr ayının ilk həftəsində Neftçala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi silsilə tədbirlər keçirmişdir.
Belə ki, ötən bir həftə ərzində MKS-nin Aşağı Surra kənd kitabxana filialı əvvəllər kitabxananın oxucusu olan, indi fiziki qüvvəsini itirmiş Musa Rəsulovun evində “Dinimiz, etiqadımız” adlı səyyar xidmət təşkil edib. Uşaq şöbəsinin kitabxanaçıları isə S.İmanov adına 1 saylı tam orta məktəbin IV sinfində 20 sentyabr Neftçilər Günü münasibətilə “Qara qızılın qədim məskəni” adlı məlumat günü keçiriblər.
Bundan başqa, MKS-nin 1 saylı Bankə qəsəbə kitabxana filialı qəsəbə məktəbində Neftçilər Günü ilə əlaqədar məlumat günü keçirib. Kitabxananın Oxuculara xidmət şöbəsində “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda neft strategiyası” adlı məlumat günü keçirilib.




Həmçinin MKS-nin Xəzər kənd kitabxana filialı şəhid Cavad Kazımovun ailəsi ilə görüş keçirib. Xolqarabucaq kənd kitabxana filialı isə açıq havada Beynəlxalq Sülh Günü ilə əlaqədar sərgi təşkil etib. Kitabxananın Uşaq şöbəsində Ülvi Bünyadzadənin 50 illiyi ilə əlaqədar “Nağıl ömürdən sətirlər...” başlıqlı sərgi təşkil edilib.

Göründüyü kimi, Elçin Hüseynovun rəhbərlik etdiyi Biləsuvar Regional Mədəniyyət İdarəsinin kollektivi regionda milli-mədəni irsimizin qorunub saxlanması, müasir mədəniyyətimizin daha da inkişafı yönümündə səmərəli fəaliyyətini konkret əməli işlərlə təsdiqləyir. Əminliklə demək olar ki, bu fəaliyyət Azərbaycanda mədəniyyət sahəsində yürüdülən dövlət siyasətinin tələblərinə tamamilə uyğundur.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



5223 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-10-2019
17-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031