Mobil versiya
Respublika Perinatal Mərkəzi – 10 il sağlamlığınızın keşiyində
Tarix: 8-10-2019, 10:58 | Saat: 15:47:00
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

Respublika Perinatal Mərkəzi – 10 il sağlamlığınızın keşiyində





Əhalinin sağlamlığının etibarlı qorunması Azərbaycan dövlətinin qarşıya qoyduğu prioritet vəzifələrdən biridir. Dövlət başçısının təşəbbüsü ilə və birbaşa nəzarəti altında səhiyyə sahəsində həyata keçirilən islahatlar Azərbaycanda tibbi xidmətlərin artıq beynəlxalq standartlar səviyyəsində təşkilini təmin edib. Bu gün respublikamızın bütün bölgələrində səhiyyə müəssisələri müasir tələblər səviyyəsində təmir olunur, maddi-texniki bazaları ən son texnologiyalara əsaslanan avadanlıqlarla təchiz edilir. Bu isə, əlbəttə ki, ilk növbədə dövlətimizin öz vətəndaşlarına göstərdiyi yüksək diqqət və qayğının daha bir təzahürüdür.

Aydındır ki, bu sahədə həyata keçirilən layihələr ilk növbədə insanların sağlamlığının qorunması işinə xidmət edir. O cümlədən ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması istiqamətində xüsusilə böyük işlər görülür və bu sahədə mühüm layihələr həyata keçirilir. 10 il bundan öncə, 2009-cu ilin dekabr ayında Bakıda Respublika Perinatal Mərkəzin istifadəyə verilməsi də bu istiqamətdə atılan son dərəcə mühüm addımlardan biri oldu.



Ana və uşaqların sağlamlığı hər zaman xüsusi diqqət mərkəzindədir

Artıq bir neçə ildir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən qəbul olunmuş “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazasının gücləndirilməsi, dərman preparatları və tibbi texnika ilə təminatın yaxşılaşdırılması üzrə intensiv işlər aparılır, digər zəruri tədbirlər həyata keçirilir, irimiqyaslı layihələr icra olunur. Həyata keçirilən bu tədbirlərin nəticəsində ölkə üzrə ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilmişdir.

O cümlədən, 2009-cu ilin dekabr ayında Bakıda Respublika Perinatal Mərkəzin istifadəyə verilməsi də bu qəbildən olan son dərəcə mühüm tədbirlərdən biri oldu. Respublika Perinatal Mərkəzi ana olmağa hazırlaşan qadınlara, o cümlədən dünyaya yenicə göz açan körpələrə yüksək ixtisaslı diaqnostik, konsultativ və müalicə yardımı göstərən yeni tipli səhiyyə müəssisəsidir. Mərkəzin binası ən son tələblərə cavab verən tibb müəssisəsi kimi layihələşdirilərək yenidən qurulmuşdur. Mərkəz dövlət proqramına əsasən istifadəyə verilmiş daha 6 regional perinatal mərkəzə təşkilati-metodik rəhbərlik göstərməklə yanaşı, ana olmağa hazırlaşan qadınlara və körpələrə tibbi yardım göstərən müəssisələrin fəaliyyətini əlaqələndirir. Eyni zamanda, bu mərkəzdə yüksək risk qrupuna daxil olan hamilə qadınlara konsultativ-diaqnostik yardım göstəriləcəkdir. Tibb müəssisəsində biokimyəvi və genetik analizlər aparmaq üçün ən müasir şərait yaradılmışdır.

10 ilin tamamında 10 milyonuncu vətəndaş




Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin aprel ayının 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri ilə görüşüblər. Diqqətəlayiq haldır ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 10 il bundan öncə Perinatal Mərkəzin açılış mərkəzində də iştirak etmişdilər. Bu məqamda xüsusi olaraq qeyd olunmalıdır ki, ana və uşaqların sağlamlığının qorunması Heydər Əliyev Fondunun da fəaliyyətinin prioritet sahələrindən biridir. Fondun prezidenti Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü ilə həyata keçirilən tədbirlər genefondun qorunmasına, bu sahədə mövcud problemlərin əsaslı surətdə həllinə yönəldilmişdir. Həmin vaxt dövlət başçısı bu səhiyyə ocağının tibbi heyətini təbrik edərək bunları demişdi: “Biz hamımız yaxşı xatırlayırıq ki, bu bina hansı vəziyyətdə idi. Çox bərbad vəziyyətdə idi, köhnəlmişdi. Xarici görünüşü də müasir Bakımızın simasına tamamilə zidd idi. Həm xarici görünüşü gözəlləşdi, həm də ən önəmlisi, burada yaradılan şərait, avadanlıq, gözəllik və böyük zövqlə yenidən qurulan bu bina əminəm ki, Azərbaycanın səhiyyə sisteminin gələcək inkişafı üçün öz vacib rolunu oynayacaqdır. Bu mərkəzdə çalışan bütün insanlara uğurlar diləyirəm, uşaqlara yaxşı baxın. Uşaqlar burada yaxşı, sağlam doğulsunlar, böyüsünlər və Azərbaycan dövlətinin gələcək inkişafında öz rolunu oynasınlar.” Ölkə Prezidentinin verdiyi bu xeyir-dua bu gün növbəti təzahüründə bir daha həqiqətə çevrildi. Mərkəzin fəaliyyətinin 10-cu ili ölkəmizin 10 milyonuncu vətəndaşının dünyaya gəlməsilə əlamətdar oldu.

İnsan faktoru həlledici amildir



Bu da bir həqiqətdir ki, istənilən ən müasir texnologiyaların tətbiqi ilk növbədə həmin cihaz və avadanlıqlarla işləməyi bacaran, əldə olunmuş diaqnostik nəticələrə görə düzgün müalicə kursu təyin edə bilən həkimlərin iştirakını tələb edir. Əks halda texnika da insan həyatını qurtarmaqda acizdir. Əminliklə demək olar ki, Respublika Perinatal Mərkəzində bu məsələ də ən optimal şəkildə öz həllini tapıb. İlk növbədə hazırda Mərkəzə rəhbərlik edən direktor Sevinc Məmmədova bu sahədə böyük təcrübəyə malik yüksək ixtisaslı peşəkar olmaqla bərabər, həm də öz işini qəlbən sevən bir insandır. Eyni zamanda da Sevinc xanımın bu sahədə yürüdülən dövlət siyasətini düzgün qiymətləndirə bilməsi, qarşıda qoyulan vəzifələrin icrasına son dərəcə böyük məsuliyyət və tələbkarlıqla yanaşması Mərkəzin işinin yüksək səviyyədə qurulmasına zəmin yaradıb. Hazırda müəssisədə direktor Sevinc Məmmədovanın rəhbərliyi altında yalnız yüksək ixtisaslı peşəkarlar, öz işini bilən və sevən təcrübəli həkimlər çalışırlar. Mərkəzdə çalışacaq həkim və orta tibb işçiləri müsabiqə yolu ilə seçilmişlər. Beləliklə də bu tibb müəssisəsinin yaradılması ilə ana olmağa hazırlaşan qadınlara və körpələrə tibbi yardımın keyfiyyəti daha da yaxşılaşdırılacaq, ana və uşaq sağlamlığının qorunması işi yeni səviyyəyə qaldırılmışdır. Məhz Respublika Perinatal Mərkəzinin gərgin və effektiv fəaliyyətinin nəticəsi olaraq, bu müəssisənin təşkilati-metodik rəhbərlik etdiyi regional perinatal mərkəzlərdə də uşaq ölümü hallarının say göstəricisi xeyli aşağı olmuşdur.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



578 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-10-2019
15-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031