Mobil versiya
“Qarabağ”ı məğlub edə bilsək..." - "Düdelanj"ın baş məşqçisi
Tarix: 3-10-2019, 15:19 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

“Qarabağ”ı məğlub edə bilsək..."


"Yüksək əhval-ruhiyyədəyik. Kiçik komandayıq və əla macəralar yaşayırıq. Bizdən heç kim heç nə tələb etmir. Artıq bizə Avropada da ciddi yanaşırlar. “Qarabağ”ı məğlub edə bilsək, qrupdan çıxmaq perspektivi daha çox olacaq”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Düdelanj”ın baş məşqçisi Bertran Krasson Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la oyun öncəsi deyib.

O, Ağdam klubunu məğlub etmək imkanlarının olduğunu vurğulayıb: “Bilirik ki, qalib gələ bilərik. Evdə oynamağımız əsas üstünlüyümüzdür. Təsəvvür edin ki, “Sevilya” APOEL-i məğlub etsə, biz də qələbə qazansaq, qrupda vəziyyət necə olacaq. Əlbəttə, yarışda nə isə etmək istəyirik. Futbolçularımda heç bir təzyiq yoxdur. Onlara “meydana çıxın, şənlənin, oyununuzla kim olduğunuzu göstərin” deyəcəyəm”.

B.Krasson rəqibin evdə və səfərdə fərqli futbol oynadığını söyləybi: “Mən “Qarabağ”ın oyunlarını bir az izləmişəm. Təhlillər aparmaq üçün bir az da vaxtım qalıb. Düşünürəm ki, “Qarabağ” evdə və səfərdə fərqli futbol oynayır. Bu amil oyunun əvvəlində bizə kömək edə bilər. Lakin bir daha təkrarlayım ki, bizim bu rəqiblə matçda nəticə qazanmaq kimi öhdəliyimiz yoxdur. Söz verə bilərəm ki, rəqibi güclü narahat edəcəyik. Onlar bizim meydandan asan qələbə ilə getməyəcək”.

Qeyd edək ki, Lüksemburqun “Jozi Bartel” stadionunda keçiriləcək “Düdelanj” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

aia.az



589 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-10-2019
11-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031