Mobil versiya
Azad Rəhimov: Heydər Əliyevin verdiyi düzgün qərar Azərbaycanda gənclər üçün yeni imkanlar açdı
Tarix: 30-09-2019, 17:06 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

Azad Rəhimov:


Bütün çətinliklərə baxmayaraq, ulu öndər Heydər Əliyevin 1990-cı illərin əvvəllərində verdiyi çox düzgün qərar Azərbaycanda gənclər üçün yeni imkanlar açdı, yeni şərait yaratdı.

Trend-in məlumatına görə, bunu “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının iclasında gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazirin sözlərinə görə, Azərbaycanda müasir gənclər siyasəti 1994-cü ildə başlayıb.

A.Rəhimov əlavə edib ki, son 20 ildə bütün dünyada gənclər diqqət mərkəzindədir, dövlətlərin gənclər siyasəti isə ardıcıl yenilənmə prosesindədir: "Gənclər mürəkkəb proseslərdə iştirak edir, iqtisadi və sosial münasibətlərə daha erkən qoşulurlar. Gənclər yüksək "ötürücülük" potensialına malikdirlər. Bu səbəbdən dünyada qəbul edilən istənilən inkişaf proqramında gənclər ilə bağlı məqsədlər xüsusi vurğulanır".


aia.az



569 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

16-10-2019
15-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031