Mobil versiya
Salyanda “üsyan gözləntisi” – xəstə təxəyyül öncəgörməsi
Tarix: 26-09-2019 | Saat: 11:16
Bölmə:Manşet / Ölkə | çapa göndər

Salyanda “üsyan gözləntisi” – xəstə təxəyyül öncəgörməsi




Rayon rəhbərliyinə qarşı antitəbliğat kampaniyası aparanların sözləri də, özləri də tükənib

Düz deyirlər ki, qulaq gündə bir xəbər eşitməsə kar olar. Bəlkə siz də eşitmisiniz. İndi də bəzi üzdəniraq “siyasi analitik”lər buyururlar ki, Salyan camaatı saytlarda məlumatların yenilənməməsi səbəbilə üsyana hazırlaşırlar. Gülməlidir? Bəli, razıyam. Əlbəttə gülməlidir. Həm də ibrətamizdir. Yəni bir müddət əvvəl bu və ya digər rayonun rəhbərliyinə qarşı “qara piar” kampaniyası hazırlayanlar ən azından hansısa bir sahədə konkret nöqsanları axtarıb, tapıb onu şişirtməklə məşğul idilər. İndi isə görünən budur ki, belə nöqsanlar azalıb və onları aşkar etmək də bir qədər çətinləşib. Odur ki, qaragüruhçular da əllərində konkret bir irad olmadığı üçün özləri müxtəlif versiyalar uydurmağa məcbur qalırlar. Axı nə yazsınlar? Yazsınlar ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov vətəndaşları qəbul etmir? Bəs onda təkcə bu ay, yəni hələ tamam olmamış sentyabr ayı ərzində keçirilmiş altı görüşü hara gizləsinlər? Baxın, 3 sentyabr 2019-cu il tarixində Salyan rayon İcra Hakimiyətinin başçısı Sevindik Hətəmov rayonun Seyidsadıqlı kəndində əhali ilə görüş keçirmişdir; 4 sentyabr 2019-cu il tarixində Salyan rayon İcra hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu keçirilmişdir; 12 sentyabr 2019-cu il tarixində başçı rayonun Qaraçala qəsəbəsində əhali ilə növbəti səyyarqəbul keçirmişdir; 17 sentyabr 2019-cu il tarixində rayonun Xocalı kəndində əhali ilə görüş keçirilmişdir, 18 sentyabr 2019-cu il tarixində Salyan rayon İcra hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu keçirilmişdir və nəhayət 24 sentyabr 2019-cu il tarixində Sevindik Hətəmov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin inzibati binasında şəhər əhalisi ilə görüş keçirmişdir. Hər belə qəbul zamanı görüşlərdə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirlər. Qəbulun gedişində rayon İcra hakimiyyətinin başçısı vətəndaşların müraciətlərini dinləyir, yaranmış problemlərin həlli istiqamətində müvafiq qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verir və onların həlli nəzarətə götürülür.




Yaxşı bəs bədxahlar hansı üsyandan bəhs edirlər? Belə görünür ki, “28 sentyabr mitinq çağırışları”ndan ruhlanan bu insanlar öz xəstə təxəyyüllərinin məhsullarını oxuculara sırımağa çalışırlar. Bu mövzuda dünən oxuduğum son yazını götürək. Mətnə nə qədər diqqət edirsən, yenə də məntiqli bir fikir tapa bilmirsən: “... SOS siqnalı çalınan ünvan Salyan rayonudur”. Görəsən bu siqnal hansı səbəbdən çalınır? Bəlkə müəllif düşünür ki, insanlar rayonda gedən ümumi inkişafdan narazılıqlarını ifadə etmək üçün həyəcan təbili döyməlidirlər? Yox, yenə də böyük ehtimalla, müəllifi qara basır. Eyb etməz, 28 sentyabr tarixini də gözləyərik. Deyirəm, müxalifət sıralarının ildən-ilə, mitinqdən-mitinqə seyrəlməsi faktı bəlkə nəhayət ki, bizim bu bəzi həmkarlarımızın da gözlərini, qulaqlarını əsil həqiqətlərə açdı...

aia.az
Abbas Abbasov
Elbrus Bağırov








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024