Mobil versiya
Qızı Fuad Qəhrəmanlıdan imtina etdi - Sensasion sirlər açıldı
Tarix: 19-09-2019, 16:35 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qızı Fuad Qəhrəmanlıdan imtina etdi -


AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur "Facebook" səhifəsində atası ilə bağlı sensasion faktlar açıqlayıb.
Azvision.az xəbər verir ki, ailədə zorakılığa məruz qaldığını deyən S.Yağmur atasından imtina etdiyini bəyan edib.

Onun yazdığı statusu olduğu kimi təqdim edirik:

"Bu yazını AXCP sədr müavini Fuad Qəhrəmanlının qızı kimi yox, bir insan kimi yazıram. Çünki Facebook-u ancaq məzələnmək üçün istifadə edən mən, həmişə düşünmüşəm ki, "kimə nə axı mənim şəxsi fikrimdən?" Amma müəyyən sosial məsələlər mənə elə toxunur ki, onlara Selcan kimi yox, bir insan kimi, fikir bildirməyi özümə görəv bilirəm.

Onsuz da, əgər bu yazını özümü ələ alaraq yazsam, dəhşətli emosional, qəzəbli bir şey çıxacağını bilirəm çünki içində böyüdüyüm kimi qorxulu bir ailədə böyümək, insanın içinə tarif olunmaz duyğular yükləyir.

Bir də onu bilirəm ki, bu yazıya görə hətta proqressiv insanlar tərəfindən də qınanacam, "çünki o sənin atandır." Çünki atam olan adamı, anamın barmaqlarını sındırdığı xatirələri bağışlamalıyam. Çünki o evə çörək gətirib, məni böyüdüb filan.

Amma məncə Azərbaycan siyasətində yetərli bir yeri olan, ana müxalifət partiyasının sədr müavini, tribunalarda insan haqqlarından danışan, hətta qadın haqqları mövzusunda belə aman verməyən Fuad Qəhrəmanlının da, evində qızının dizini, arvadının barmaqlarını sındırmış, şiddətin də xüsusi sadist növünü tətbiq edən bir cani olduğunu demək, mənə elə gəlir ki, sosyal borcdur, mənim şəxsi ailəvi problemim yox.

Anamın boşanma çabalarının (ki, bunun şiddətdən kənar ayrıca iyrənc səbəbləri var, sadəcə bu səbəblər insanın şəxsi məsələsidir, mənim mövzuma heç bir dəxli yoxdur) qarşısını müəyyən əlaqələri sayəsində, yüz cür təhdidlə, şantajla alması; azadlıqdan danışan adamın evində, qəribə bir şəkildə təsvir etməyə gücem yetməyən bir cəhənnəm mühiti olması; şiddətin ağıl almaz və kreativ dozu;anamın və bacımın bədənindən zamanla silinmiş izlər və bütün bunların üzərinə, "mənimlə şəkil yayın Facebook'da" deyə gələn tamam ayrı kateqoriyadaki zorakılıq dalğası... - bunlar bir siyasətçinin ailəsi barədə bilinməli olan şeylərdir.

Bütün bunlar sirr deyil əslində, qulaqdan dolma nə qədər adam bilir "ailəmizdə" olanları. Anama qırx dəfə qolundakı, üzündəki izlərin nə olduğunu soruşan adamlar da, tipik "qapıya dəymişəm" cavabını 3-cü dəfədən artıq eşidəndə, mövzunun nə olduğunu anlayıblar. Hətta bəziləri direkt mövzunun içində olub, Səadət Cahangir kimiləri və onlar da anama ağıllı qadın olmaqla, susub siyasi prosesi düşünüb, boşanaraq Qəhrəmanlının reputasiyasını korlamamaqla bağlı gözəl məsləhətlər veriblər, anamın adını psixolojik xəstəyə qədər çıxarıblar.

Onun qolunda hələ də izi qalan, yenə necə yarandığını başa salmağa psixolojik gücümün yetmədiyi o yaranı görəndə "sən də az deyilsən də Zümrüd, dilinə yiyə dur" kimi bir şey dediyini özü də danmaz.

Hətta Əli Kərimli ailə psixoloqluğuna soyunub bu mövzuda! Anama başa salıb ki, kişilər belə olur, dözmək, gələcəyi düşünmək lazımdır, uşaqlarınız var, "onsuz da 40 yaşından sonra boşanıb nə edəcəksiniz ki?" Bəs siz Əli Kərimlinin "qonşu arvad" rolunda bu qədər bacarıqlı olduğunu bilirdiniz? Adam az qalırdı desin ki, "az çörəyivi verir? Sus otur da."

Belə gördüm ki, bu cəbhə bütünü ilə ikiüzlü, iyrənc bir yerdir. Əli Kərimli evdə necə bir vəhşilik etdiyini hərfi hərfinə bildiyi adamı, sağ yanında saxlayır - bunu başa düşdüm, kadr yoxdur - amma adam canini yox, qurbanı qınayır ki, "siz düz etmirsiniz". Qalanlar üzvlər də, anama necə "yaxşı at özünə qamçı vurdurmaz", onu öyrədir, sonra da yığışıb hakimiyyətin insanları əzməyindən, ədalətdən danışırlar; hələ hələ bütün bunları bilən adamlar niyə uşaqlar "Yağmur" soyadını istifadə edir deyə gileylənir, müavinlərinin qəzəbini itiləyib, "hamı deyir ki o evdə Fuadı saymırlar" başlıqlı motivasiya çıxışı edərək, növbəti zorakılıq dalğası üçün Qəhrəmanlını evimizə göndərir, həyatımızı bir gün daha qorxu filminə çevirirlər. Impressive. Adam bu qədər necə iyrənc olar axı? Siz bir partiyada necə bir araya gəlibsiniz? Ortadakı bu əxlaqsızlıq potensialı gözümü yaşardır valla.

Uzun sözün qısası, 2009-dan bəri bu cür tük ürpərdən bir durumun içindəyik. Hər gün hər gün şiddət, qan, təhdidlər, sınan sümüklər... Bütün bunlar ona görə idi ki, anam bu adamın iki kateqoriyadaki iyrənc əməllərinə göz yumsun və boşanmasın. Amma indi durum dəyişib, ikimiz də elə yaşdayıq ki, "uşaqları səndən alacam" mövzusu işləmir, adam də elə vəziyyətdədir ki, unikal təhdidləri bu dəqiqə işə yaramır. Boşanma ərizəsi də verilib, bir neçə aya boşanma baş tutacaq.

Amma bütün bunlardan əvvəl, açıqlamaq istəyirəm ki, mən atamdan imtina edirəm.

Qan bağları primal, heyvani şeylərdir. Başqasında bağışlamayacağım şeyi, sırf eyni müqəddəs qana filan sahibik deyə, öz atamda bağışlayacaq deyiləm. Bəlkə də "tipik şərq ailəsi" dozundaki zorakılıq, şəxsi travmam olaraq qalardı. Amma bu fərqlidir. Hər şey ola bilər, amma ailəsinə şiddət tətbiq edən, qızını dizini sındırıb sonra "anan danışmasaydı, mən belə əsəbi olmazdım" deyə heç bir şəkildə peşmançılıq yaşamayan, hələ ailəsindən kənarda necə iyrənc əməllərə imza atmış bir adamın adı, mənim adımın üzərinə ola bilməz. "Fuad Qəhrəmanlının qızı" kimi anılmaq istəmirəm, dirəşib məni "Qəhrəmanlı" çağırmalarını da istəmirəm.

Yox, profilim oğurlanmayıb. Lütfən, yazı şəklim çox barizdi.

Belə... Bir tekst ilk dəfə məni bu qədər yordu".

Qeyd edək ki, Selcan Yağmur bir neçə gün əvvəl ali təhsil almaq üçün Niderlanda gedib.



aia.az



5168 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-10-2019
11-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031