Mobil versiya
Aşura, ya Qarabağ?
Tarix: 16-09-2019, 09:04 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Aşura, ya Qarabağ?


Aşura gününün qeyd olunmasının məqsədəuyğunluğu, son bir neçə ildə olduğu kimi, bu il də ciddi ictimai müzakirələrə səbəb oldu.

Bu günün əleyhinə çıxaraq onu "bidət", "şirk", "günah" ünvanı ilə "baltayan" vəhabiləri kənara qoyuram, əsas məqsədim bu günü "gerilik", "cahillik" adlandıranlar və ən əsası da ciddi-cəhlə Aşuranı, Aşura şəhidlərini Qarabağ və Qarabağ şəhidləri ilə qarşı-qarşıya qoymaq istəyənlərdir.

"Aşura şəhidlərini bu cür geniş xatırlamaqdansa Qarabağ şəhidlərini yad edib ağlasınlar" ifadəsi, Aşuraya qarşı kampaniyanın əsas trendlərindən biridir. Amma bu ifadə həqiqəti əks etdirirmi və ümumən, səmimidrmi?

aia.az islam.az-a istinadən bildirir ki, əvvəla, Aşuranın qeyd olunması tarix boyu qəhrəmanlığa, barışmazlığa, dönməzliyə çağırış, haqsız zülm ounana dəstək və təslimçiliyə qarşı barışmazlıq ifadə edib və şüarı da bu olub.

Qarabağla bağlı dövlətin mərkəzi və yerli icra orqanlarına, təhsil müəssisələrinə, hərbi hissələrə, dövlət KİV-lərinə yazılı plan şəklində göstərişlər göndərərək, milyonlar xərcləyərək hərbi-vətənpərvərlik təbliğatının aparması haqda çağırış və təlimatlarının başqa məqsədi varmı?? Məqsəd elə yeniyetmələr, gənclər və cəmiyyətin bütün təbəqələri arasında torpaqlarımızı işğal etmiş və hələ də işğalda saxlayan düşmənlərə qarşı barışmazlıq, bu torpaqları azad etmək iradəsində dönməzlik, bu yolda qəhrəmanlıq hissi aşılamaq, haqsız qətl və zülm olunmuş həmvətənlərimizin intiqamının hələ də alınmamasını yada salmaq, təslimliçik ruhuna yol verməmək deyilmi? Əgər bütün bunlar elə yüz minlərlə, milyonlarla insanın iştirak etdiyi Aşura günü mərasimlərində, demək olar, bütün məscid və məclislərdə dəfələrlə xatırlanır və yada salınırsa, bu elə Qarabağla bağlı aparılan hərbi-vətənpərvərlik təbliğatının bir parçası, hətta, deyərdim, onların arasında ən effektivi deyilmi?

Bu il dini icmalarımızdan biri həm Kərbəlaya səfər zamanı şəhidlərimizin xatırlanması və yada salınması üzrə unikal aksiya keçirdi və bunu sosial şəbəkələrdə yüz minlərlə adam müşahidə edə bildi, həm də məscidin bir guşəsini ümumən şəhidlərə həsr olunmuş stendlə bəzədi. Bunu da, güman edirəm, kifayət qədər adam gördü. Amma iş tək bir icma ilə məhdudlaşmır, tam əminliklə deyirəm, istər Aşura günü, istərsə də Məhərrəmliyin ilk günündən keçirilən digər mərasimlərdə Qarabağ, Qarabağ şəhidləri və torpaqlarımızın azad edilməsi zərurəti dini inancın bir tələbi kimi xatırlanmayan heç bir məclis olmayıb. Buna görə həm QMİ rəhbərliyinə, həm də o məclisləri idarə edən bütün din xadimlərinə təşəkkür borcumuz var. Əgər Qarabağ mövzusunda səmimiyiksə..

İkincisi, gələk bu təbliğatın əməli hissəsinə. Dəfələrlə təkrar olunmuş mövzu olsa da deməyə məcburam. Son illərdə qəhrəmanlıq, dönməzlik və Qarabağın işğalı ilə barışmazlıq simvolu kimi qəbul etdiyimiz Milli Qəhrəman, şəhid Mübariz İbrahimov. Onun məktubunu oxumayan adam, yəqin ki, qalmayıb. Ailəsinin müsahibələrini görməyən də. Bütün bunları oxuyub, görüb, sonra yenə Aşuranı Qarabağla üzbəüz qoymağa cəhd edən adamın səmimiyyətinə heç cür inana bilmərəm. O, artıq, qərəzdir. Şəhidliyə gedən yolunu son məktubu ilə izah edən bu ADAM həmin məktubda motivini açıq göstərib.

Digər tərəfdən, Aşuranı Qarabağla üzbəüz qoymazdan əvvəl sosial şəbəkələrdə azacıq axtarış aparsaz, nə qəqər şəhidimizin əvvəllər məhz Aşura məclislərində iştirak etdiyini də görə bilərsiz. Bu, onlara Qarabağda şəhid olmağa nəinki mane olmadı, hətta bəlkə stimul da verdi. İddia etmirəm ki, bütün şəhidlər bu təbliğatdan ruhlanıblar. Xeyir. Vətənpərvər olmaq, Vətən namusu və qeyrətinə sahib olmaq üçün mütləq Aşura təbliğatına məruz qalmağa ehtiyac yoxdur. Düzgün ailə, mühit, cəmiyyət tərbiyəsi də kifayət edir. Amma düzgün dini inanc və Aşura mərasimləri bu işə heç bir vəchlə mane olmur axı, əksinə daha çox dəstək verir.

Və sonda Məhərrəmliyi "gerilik" kimi təqdim edənlərə bir daha klassiklərimizi, maarifçilərimizi, ilk respublika ideoloqlarımızı Fizuli, Nəsimi, Xətaidən tutmuş Natavan, Sabir, Şirvani, Bakıxanov, Rəsulzadəyədək bir daha vərəqləməyə, Cənubi Azərbaycanda Pişəvərinin başçılığı altında mövcud olmuş digər respublikamızın sənədlərinə baxmağa dəvət edirəm. Məhərrəmliyə sayğı, onun dəyərlərinə bağlılıq bu şəxslərin dünyagörüşünün tərkib hissələrindən olub və bu dünyagörüş bizim milləti geriyə yox, irəliyə aparıb, bizə dəyər verdirib, adımızı tarixə yazdırıb.

Məhərrəmlik və Aşura ilə mübarizə isə bizə Stalin dövrü 30-cu illər NKVD-sinin və "İslamın saflığı uğrunda" mübarizə aparan müasir "İŞİD" və "Əl-Qaedə"çilərin ərməğanıdır.





589 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031