Mobil versiya
Bakı avtovağzalından yay aylarında 1 milyondan çox sərnişin daşınıb
Tarix: 3-09-2019, 16:05 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

Bakı avtovağzalından yay aylarında 1 milyondan çox sərnişin daşınıb


Yay aylarında Bakı Beynəlxalq Avtovağzal kompleksində şəhərlərarası və beynəlxalq istiqamətlərə sərnişin sayında artım müşahidə olunub.

Bunu Trend-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib.

Onun sözlərinə görə, üç ay ərzində 1 milyondan çox sərnişinin avtovağzaldan gedişi təmin olunub: "Son 3 ay ərzində (iyun, iyul, avqust) BBAK 38 089 reys həyata keçirib. Bu reyslər üzrə 1 milyon 14 min 748 sərnişin daşınıb. Bunlardan 92 min 916 nəfəri İstanbul, Marneuli, Tbilisi və Batumi şəhərləri istiqamətlərinə yola düşən sərnişinlərin payına düşüb. Qalanları isə Gəncə, Qırmızı Körpü, Quba, Mingəçevir, Qusar, Şəki şəhərlərinə səfər edənlər üstünlük təşkil edib".

P.Məmmədova sərnişinlərə xatırladıb ki, mövsümlə əlaqədar Batumi istiqamətində sonuncu reys sentyabrın 4-də yola düşəcək.

Qeyd edək ki, biletləri BBAK-ın kassalarından gündəlik və ya səfər tarixinə 10 (on) gün qalmışdan 1 (bir) gün öncəyədək əldə etmək mümkündür. “Onlayn” qaydada bilet almaq istəyən sərnişinlər avtovagzal.az saytı üzərindən və ya mobil tətbiq vasitəsilə biletlərini təmin edə bilərlər.

Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə BBAK cavabdehlik daşımır.

aia.az



593 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-09-2019
19-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30