Mobil versiya
Allahşükür Paşazadə Kralla görüşdü
Tarix: 2-09-2019, 16:38 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Allahşükür Paşazadə Kralla görüşdü



İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səud Ciddə şəhərində yerləşən Əs-Səlam kral sarayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.

QMİ-dən aia.az -a verilən məlumata görə, əvvəlcə QMİ sədri Kral Əla-həzrətlərinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını çatdırıb. Öz növbəsində, Kral Salman Al Səud Şeyxülislam Paşazadədən öz salamlarını İlham Əliyevin çatdırmasını xahiş edib.

Qəbul əsnasında tərəflər iki dost və qardaş dövlət arasında əməkdaşlıq məsələlərini müzakirə edib, İslamın sülh və mötədillik dini olaraq təlim edilməsinin vacibliyi haqda fikir mübadiləsi aparıblar.

Qəbulda Səudiyyə Ərəbistanı tərəfindən Daxili İşlər naziri şahzadə Əbdüləziz bin Səud bin Nəyif bin Əbdüləziz, Kral Divanının müşaviri Səəd Nasir Əl-Şisri, Xarici İşlər naziri İbrahim bin Əbdüləziz Əl-Əssaf və İki Müqəddəs Məscidin Xadiminin xüsusi katibinin köməkçisi Təmim bin Əbdüləziz Əs-Səlim, Azərbaycan tərəfindən isə QMİ sədrinin müavini müfti Salman Musayev və Milli Məclisin üzvü Cavanşir Paşazadə iştirak ediblər.



5100 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-09-2019
20-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30