Mobil versiya
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb
Tarix: 19-08-2019, 10:50 | Saat: 15:47:00
Bölmə:Təhsil | çapa göndər

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi başlayıb


Avqustun 19-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.

Təhsil Nazirliyindən aia.az-a verilən məlumata görə, bu gün Azərbaycan dili, informatika və ingilis dili müəllimi olmaq istəyən 800 namizədin müsahibə mərhələsində iştirakı gözlənilir.

Avqustun 23-dək davam edəcək müsahibə mərhələsində vakant yer tutmuş 3 728 nəfərin iştirakı nəzərdə tutulub.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.

Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 54 687 namizəd müraciət edib, onlardan 48 204 nəfər imtahanda iştirak üçün dəvət olunub. 41 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib. Vakansiya seçimi mərhələsində iştirak edən 23 609 namizəddən 14 003 nəfər elektron ərizəsini təsdiqləyib.

aia.az



583 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-10-2019
18-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031