Mobil versiya
Yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb edən qadın azadlığa buraxıldı
Tarix: 06-08-2019 | Saat: 16:19
Bölmə:Cəmiyyət | çapa göndər

Yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb edən qadın azadlığa buraxıldı


Bakı Ağır Cinayətlər Məhkəməsində yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etməkdə təqsirləndirilən, 1989-cu il təvəllüdlü Aygün Xasməmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

aia.az APA-ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A.Xasməmmədovaya şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Aygün Xasməmmədova barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.3-cü (insan alveri yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə iş başlanıb.

İş üzrə yetkinlik yaşına çatmayan 2 qız zərərçəkən şəxs qismində tanınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024