Mobil versiya
Səfirlik Rostov vilayətində yol qəzasında yaralanan həmvətənlərimizlə mütəmadi əlaqə saxlayır
Tarix: 30-07-2019, 09:50 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Səfirlik Rostov vilayətində yol qəzasında yaralanan həmvətənlərimizlə mütəmadi əlaqə saxlayır


29 iyul 2019-cu il tarixində saat 08:10 radələrində Rusiya Federasiyasının Rostov vilayətində, M-4 “Don” avtomobil yolunun 958-ci kilometrində yol nəqliyyat hadisəsi baş verib.

Azərbaycanın Rusiyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, bununla bağlı, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş idarəsindən Səfirliyə daxil olmuş məlumata əsasən, Allahverdili Eşqin Elxan oğlunun idarə etdiyi 20 EB 289 dövlət nişanlı nəqliyyat vasitəsi Demçenko Aleksandr Nikolayeviçin idarə etdiyi yük maşını ilə toqquşub.

Toqquşma nəticəsində 20 EB 289 dövlət nişanlı nəqliyyat vasitəsinin sürücüsü Allahverdili Eşqin Elxan oğlu və sərnişini Musayeva Zəmanə İsmayıl qızı dünyasını dəyişib.

Qeyd olunan avtomobilin digər sərnişinləri: Məmmədova Vaxilo Qərib qızı, Cəfərova Nuran Yafi qızı, Salayev Bəxtiyar Vatamur oğlu, Gözəlov İlkin Heydər oğlu, Rufullayev Rauf Faziq oğlu, Təmirov Emil Affar oğlu, Musayev Zaur Nazim oğlu və Mustafayev Namaz İlham oğlu müxtəlif dərəcəli xəsarətlər almış və Rostov vilayətinin Zverevo şəhərinin Mərkəzi xəstəxanasına yerləşdirilib.

Səfirlik bildirir ki, Səfirlik yaralanan həmvətənlərimizlə mütəmadi əlaqə saxlayır və məsələ nəzarətdədir.

Səfirlikdən qeyd ediblər ki, Rusiya tərəfinin təqdim etdiyi siyahıda sadalanan ad və soyadlarda qeyri-dəqiqlik ola bilər.


aia.az



571 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-11-2019
13-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930