Mobil versiya
“MilliÖn” yeni pulları niyə “tanımır”? - AÇIQLAMA
Tarix: 15-07-2019, 12:03 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

“MilliÖn” yeni pulları niyə “tanımır”?


Müxtəlif məsələlərlə hər zaman müzakirə obyektinə çevrilən"MilliÖn” terminallarında yenidən problem yaranıb.

Bu sistem yeni10 manatlıq əsginasları qəbul etmir.

Mövcud vəziyyətdən şikayətçi olan insanlar sosial şəbəkələrdə bu barədə paylaşımlar edib.

Bəs görəsən, əslində, bütün bu problemlərə səbəb nədir? Nə üçün sistemdə əməliyyatlar gec yerinə yetirilir? Terminallar yeni əsginasları nə üçün qəbul etmir?

Vətəndaşların sosial şəbəkələrdə paylaşdığı və Oxu.Az-a ünvanlandığı narazılıqlara "MilliÖn” xidmətinin Müştəri Xidmətləri və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Ülviyyə Əfəndiyeva aydınlıq gətirib.

O bildirib ki, yeni əskinasların qəbulu ilə bağlı mövcud problem yaxın zamanda aradan qaldırılacaq:

"Hazırda bəzi "MilliÖn” terminallarında bu problem aradan qaldırılıb. Problemin səbəbi dövriyyəyə buraxılan yeni 10 manatlıq əsginaslarla bağlıdır. Yeni pullar hələlik sistem tərəfindən tanınmır. Biz bunu kütləvi olaraq tətbiq edə bilmədiyimiz üçünsınaq kimi yoxlanıldıqdan sonra mərhələli şəkildə bütün terminalların sisteminə tətbiq ediləcək.

Hazırda bəzi terminallarda, xüsusilə Nəriman Nərimanov prospekti yaxınlığında, Altıncı paralel küçəsi boyu, "MilliÖn”ün xidmət mərkəzində çöldə və içəridə yerləşdirilən terminallarda yeni əsginasların yüklənməsi mümkündür.

Əgər sınaqlar uğurla tamamlanarsa, qısa müddət sonra respublika ərazisindəki digər terminallarda da tətbiq ediləcək. Sonradan heç bir əlavə problemin yaşanmaması üçün işimizə məsuliyyətlə yanaşırıq”.

Ü.Əfəndiyeva terminallarda müşahidə olunan əməliyyatların gecikməsi ilə bağlı məsələyə də münasibət bildirib. O deyib ki, bütün əməliyyatlarda gecikmələrin yaşanması mümkünsüzdür:

"Düşünürəm ki, vətəndaşlar karta bağlı edilən ödənişlərdə bu cür gecikmələrlə rastlaşıb. Bunun da səbəbi gecikmə yox, sistemin kartı oxuması, onu analiz etməsidir. Terminalın kart oxuyucusu kartı tanıyana ("Smartcard”, nəqliyyat kartı) qədər bəzən vətəndaşlar kartı yerindən oynadır.

Bu, düzgün deyil. Çünkibelə olanda sistem tanımanı yenidən başladır, bu isə dediyiniz gecikməyə səbəb ola bilər”.



aia.az



571 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-08-2019
16-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031