Mobil versiya
Azərbaycan ekoloqları ətraf mühitin mühafizəsində
Tarix: 10-07-2019, 12:09 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə / Seçilənlər-7 | çapa göndər

Azərbaycan ekoloqları ətraf mühitin mühafizəsində




6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadə olunmasına nəzarətin həyata keçirilməsi istiqamətində effektiv fəaliyyət göstərir

Bu gün bəşəriyyət özünün mövcudluğunu təhdid edən bir çox qlobal problemlərlə üz-üzə durmuşdur. Bu problemlərin həlli yollarının tapılması üçün isə, bir çox hallarda dünya dövlətləri arasında əməkdaşlıq, birgə fəaliyyət tələb olunur. Və əlbəttə ki, dünya dövlətlərini qarşılıqlı əməkdaşlığa sövq edən problemlərdən danışarkən, ilk növbədə artıq çoxdan qlobal xarakter almış ekoloji problemlər önə çıxır. Məhz ekoloji problemlər bir və ya bir neçə ölkə daxilində həyata keçiriləcək tədbirlərlə həll oluna bilməyəcəyi kimi, eyni zamanda da müəyyən dövlətlərin bu proseslərdən kənarda qala bilmə imkanını istisna edir. Başqa sözlə desək, ekoloji problemləri məhz qlobal edən də onların sadəcə bütün planet üçün təhlükə yaratmaları deyil, həm də bu problemlərin həlli üçün bütün dünya dövlətlərinin, bütün insanlığın birgə səy göstərmələri zərurətidir. Bu isə əlbəttə ki, ilk növbədə ayrı-ayrılıqda götürülmüş hər bir ölkə daxilində bu sahədə məqsədyönlü fəaliyyət göstərilməsini tələb edir.

Regional ekoloji təhlükəsizlik ETSN-nin fəaliyyətində prioritet istiqamətlərdən biridir




Bu gün Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmiş Azərbaycanın da bu region daxilində ekoloji təhlükəsizliyin təmin olunmasında rolu və məsuliyyəti olduqca böyükdür. Məlum olduğu kimi Azərbaycan zəngin yerüstü və yeraltı təbii sərvətlərə və eyni zamanda da inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Lakin ölkəmizin məhz sənayə sahəsinin formalaşması və inkişafı uzun illərdən bəri imperiya üsul-idarəsinin nəzarətində həyata keçirildiyindən, bütün bu müddət ərzində yaranan bir çox ekoloji problemlər də öz həllini tapmamışdır. Yalnız Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra mövcud ekoloji problemlərin həlli istiqamətində əhəmiyyətli və irimiqyaslı dövlət tədbirləri həyata keçirilməyə başlanmışdır. Bu gün su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye sularının tullantıları ilə çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, atmosfer havasına zərərli qazların yol verilən normadan artıq atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, sənaye və məişət tullantılarının utilizasiyası və bir çox digər problemlərin həlli məqsədilə müxtəlif layihələr həyata keçirilməkdədir. Bu layihələrin reallaşdırılması isə bilavasitə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 23 may tarixli 485 nömrəli Fərmanı ilə yaradılmışdır. Nazirlik - Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 2018-ci ilin aprel ayından ETSN-ə rəhbərlik cənab Muxtar Babayev tərəfindən həyata keçirilir.



“Ekoloji konsepsiya”nın prinsiplərinə dəqiq əməl olunur

Artıq qeyd olunduğu kimi Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət məhz respublikamız öz müstəqilliyini əldə etdikdən sonra formalaşmağa başlamışdır. Respublikamızda bu dövrdə ekoloji siyasətə dair ilk sənəd kimi “Dayanıqlı inkişaf” prinsiplərinə əsaslanan “Azərbaycan Respublikasının ekoloji Konsepsiyası” qeyd olunmalıdır. Məhz bu konsepsiyada respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından prioritet olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapmışdı. Azərbaycan Respublikasında yürüdülən ekoloji siyasətin əsas məqsədi isə indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Məhz bu prinsiplərin həyata keçirilməsi zəminində də bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları gərgin və çoxşaxəli fəaliyyət göstərməkdədirlər.




Bu baxımdan ETSN-nin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (RETSİ) ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadə olunmasına nəzarətin həyata keçirilməsi istiqamətində effektiv fəaliyyəti də xüsusi qeyd oluna bilər. ETSN-nin tabeliyində fəaliyyət göstərəm bu quruma rəhbərlik hal-hazırda Ziya Cəbrayılov (rəis əvəzi) tərəfindən həyata keçirilir. Demək lazımdır ki, Ziya müəllim İsmayıllı rayonunun və ümumilikdə regionun ekoloji problemlərlə bağlı keçirilən bütün tədbirlərdə xüsusi aktivliyi ilə seçilir.

Ekoloji problemlərin həlli yolları geniş müzakirələrdə müəyyən edilir



Təkcə son dörd ay ərzində İsmayıllıda ekoloji məsələlərlə bağlı 3 tədbir keçirilmişdir ki, onların da hər birində 6 saylı RETSİ-nin rəis əvəzi yaxından iştirak edtmiş, müzakirə olunan mövzulara dair öz fikirlərini bildirmiş, qarşıya qoyulan konkret məsələlərin həlli üçün əməli təkliflərini irəli sürmüşdür. Belə ki, aprel ayının 20-də Şəhər Mədəniyyət Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbir keçirilib. 300 nəfərin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il tarixli Sərancamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə 2019-2020-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məsələlərin həlli, qarşıda duran vəzifələrin icrası ilə bağlı müzakirələr olunub. Həmin tədbirdə iştirak edən Ziya Cəbrayılov İsmayıllı, Şamaxı, Ağsu, Qəbələ və Oğuz rayonlarında bərk məişət tullantılarının idarə edilməsi sahəsində mövcud vəziyyət, problemlər və həlli yolları mövzusunda çıxış edib.

İyun ayının 18-də isə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrlərinin iştirakı ilə “Nümayəndə günü” adı altında növbəti yığıncaq keçirilib. İclasın gündəliyindəki məsələlərin mahiyyəti baxımından Rayon Polis Şöbəsinin, İsmayıllı rayon Dövlət Yanğın Nəzarəti Xidmətinin, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbər vəzifəli şəxsləri tədbirdə iştirak ediblər. Müzakirə olunan əsas mövzu taxıl biçini mövsümüdə sahələrin, meşə və yaşayış məntəqələrinin yanğından qorunması ilə bağlı olub. Digərləri ilə yanaşı tədbirdə çıxış edən Ziya Cəbrayılov da taxıl biçininin təşkili və yanğın təhlükəsizliyinin təmin edilməsi barədə tapşırıq və məsləhətləri iştirakçıların nəzərinə çatdırıb.




Qeyd etdiyimiz kimi, bu sadalananlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin kollektivi tərəfindən görülən işlərin yalnız bir hissəsidir. Hal-hazırda qurumun səmərəli fəaliyyəti Ziya Cəbrayılovun rəhbərliyi altında daha intensiv şəkildə davam etdirilir.


aia.az
Abbas Abbasov
Elbrus Bağırov



576 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031