Mobil versiya
İdman Akademiyası – beynəlxalq ekspertlər görülən işləri yüksək qiymətləndirirlər
Tarix: 25-06-2019, 13:13 | Saat: 15:47:00
Bölmə:Manşet / İdman | çapa göndər

İdman Akademiyası – beynəlxalq ekspertlər görülən işləri yüksək qiymətləndirirlər



Akademiyanın tələbələri tamamilə yeni, daha yüksək standartlara uyğun bir şəraitdə təhsil almaq imkanı əldə ediblər

Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) idman təhsilinin tamamilə yeni və əlbəttə ki, keyfiyyətcə daha yüksək səviyyəyə çıxması üçün hər bir şərait yaradılıb. Xüsusilə, Akademiyanın binasında bir müddət əvvəl başa çatdırılmış əsaslı təmir və yenidənqurma işlərini təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan daha bir əhəmiyyətli addım kimi qiymətləndirmək olar.




Bu ilin mart ayında başa çatmış əsaslı təmir və yenidənqurma işlərinin nəticəsi olaraq, ADBTİA-nın həm pedaqoji heyəti, həm də tələbələri tamamilə yeni, daha yüksək standartlara uyğun bir şəraitdə çalışmaq və təhsil almaq imkanı əldə etmişlər. İlk növbədə təmir və yenidənqurma işlərindən sonra Akademiyanın idman zallarında yaradılmış şərait diqqəti cəlb edir. Diqqətəlayiq haldır ki, əsaslı təmirdən sonra ADBTİA-nın basketbol, voleybol, həndbol, ağırlıq qaldırma və boks idman zallarına keçirilən baxışda iştirak edən xarici ekspertlər və idman ictimaiyyətinin nümayəndələri də burada yaradılan şəraiti çox yüksək qiymətləndiriblər. Akademiyanın gimnastika zalı isə birbaşa ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə tamamilə yeni və ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Birmənalı olaraq demək lazımdır ki, bu görülən işlər ADBTİA-da yenidənqurma və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən müvafiq tədbirlərin davamıdır.




Ümumiyyətlə qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev bu vəzifəyə təyin olunduqdan sonra ölkəmizin sadəcə idman sahəsində deyil, eləcə də idman təhsili sahəsində dünyada aparıcı mövqeylərə çıxması üçün real zəmin yaradılmışdır. Belə ki, 2016-cı ildən başlayaraq ADBTİA-da idman təhsilini dünya standartlarına uyğunlaşdırmaq, təhsilin keyfiyyətini artırmaq və beynəlxalq əmək bazarında rəqabət qabiliyyətinə malik mütəxəssislər hazırlamaq kimi hədəflərə nail olmaq məqsədilə ardıcıl islahatlar aparılır, tam yeni infrastruktur yaradılır, təhsil imkanları genişləndirilir, beynəlxalq təcrübə öyrənilir və beynəlxalq əməkdaşlıqlar qurulur. Gənc nəslin idman sahəsində hərtərəfli biliklərə yiyələnməsi məqsədi ilə ADBTİA-da hər cür şərait yaradılır.




O cümlədən mart ayında başa çatmış əsaslı təmir və yenidənqurma işləri də qarşıya qoyulmuş vəzifələri həyata keçirmək məqsədilə görülən işlərdəndir.

Təbii ki, Akademiyada aparılan əsaslı təmir işləri sadəcə idman zallarını əhatə etməyib. Belə ki, bütün tədris otaqları, dəhlizlər də yenidən qurularaq təhlükəsizlik kameraları ilə təchiz olunublar. Əgər bu günə qədər tələbələr tibbi müayinədən keçmək üçün başqa ünvanlara getməli olurdularsa, bu gün artıq bu problem də öz həllini tapıb. Artıq Akademiyada ən müasir avadanlıqlarla təchiz olunmuş, hər bir şəraiti olan Tibbi müayinə kabineti fəaliyyət
göstərir. Həmçinin ADBTİA-da tədrisi ingilis dilində aparılan idman jurnalistikası və idman tibbi və reabilitasiya magistr ixtisaslarının tədrisi üçün Multimedia Mərkəzi və Elmi-Tədris Laboratoriyası da tikilərək tələbələrin istifadəsinə verilmişdir.



Yeri gəlmişkən görülmüş işlər nəticəsində, bu gün ADBTİA-da artıq başa çatmaq üzrə olan yay imtahan sessiyası öncəsi, tələbələrin istifadəsinə tamamilə yenidən qurulmuş 2 böyük imtahan zalı da verilmişdir. Hər iki zal müasir kompyüterlər və digər avadanlıqlarla tam təchiz edilmidir. Sözsüz ki, Akademiyada tam şəffalıq şəraitində keçən sessiya imtahanlarının tələbələr üçün bir bayrama çevrilməsində bu yeniliklərin də rolu vardır.



Sonda xüsusi olaraq bir məqamı da vurğulamaq istərdik ki, bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor-müəllim heyəti aparıcı yerli və beynəlxalq ekspertlər, dövlət, biznes və beynəlxalq idman təşkilatlarının nümayəndələridir. Akademiyanın rektoru Fuad Hacıyev isə gənclərlə iş sahəsində, eləcə də bədən tərbiyəsi və idmanın inkişafında müstəsna xidmətləri olmuş idman xadimi, öz sahəsini dərindən bilən və sevən bir peşəkardır. Elə bu faktlar da ADBTİA-da aparılan effektiv işlərin, həyata keçirilən innovativ tədbirlərin fonunda, yaxın gələcəkdə Akademiyanın məzunlarının dünya idman bazarında rəqabətə dözümlü mütəxəssis olacaqlarına dair bizdə qəti inam yaradır.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



5109 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
16-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031