Mobil versiya
Elmar Məmmədyarov: “Münaqişənin həlli üçün erməni qoşunları işğal olunmuş ərazilərdən çıxmalıdır”
Tarix: 24-06-2019, 17:53 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Elmar Məmmədyarov:


Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxmalıdır.

BakuPost xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bolqarıstan baş nazirinin müavini və xarici işlər naziri Yekaterina Zaxariyeva ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşünün yekunu şərh edən Məımmədyarov deyib ki, həmsədrlərin təklifinə əsasən yaxın 2-3 ay ərzində Ermənistanın XİN rəhbəri ilə növbəti görüş keçiriləcək:

"Bütün hallarda münaqişənin həlli üçün erməni qoşunları işğal olunmuş ərazilərdən çıxmalıdır. Digər məsələlər müzakirə oluna bilər. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistan etiraf etməsə də, Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.
E.Məmmədyarov əlavə edib ki, bu məsələ Vaşinqtonda müzakirə olunub.

Onun sözlərinə görə, Vaşinqton görüşündə həmsədrlər müzakirə olunması üçün yenidən konkret sənəd təqdim ediblər və hazırda həmin sənədlər nəzərdən keçirilir.

Nazir həmçinin qeyd edib ki, görüşdə təmas xəttində sakitlik məsələsi müzakirə olundu: " Mənim arqumentim bu oldu ki, danışıqların aktiv olduğu dövrlərdə təmas xəttində sakitlik yox idi. Amma biz ciddi müzakirələr aparırdıq”.

Məmmədyarov bildirib ki, hazırda tərəflər həmsədrlərin martın 9-dakı bəyanatına əsasən fəaliyyət göstərir. O əlavə edib ki, bu məsələdə razı və narazı qalınan məqamlar var.

aia.az



559 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
16-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031