Mobil versiya
Energetika Nazirliyində “Refex” qrupunun icraçı direktoru Anil Jain ilə görüş keçirilib
Tarix: 7-06-2019, 14:40 | Saat: 15:47:00
Bölmə:Gündəm | çapa göndər

Energetika Nazirliyində “Refex” qrupunun icraçı direktoru Anil Jain ilə görüş keçirilib


Energetika Nazirliyində Hindistanın JİTO təşkilatının baş katibi və alternativ enerji sahəsində fəaliyyət göstərən “Refex” qrupunun icraçı direktoru Anil Jainin rəhbərlik etdiyi hindistanlı iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən aia.az-a verilən məlumata görə, “Refex” qrupunun icraçı direktoru Anil Jain Azərbaycanda bir çox sahələrlə yanaşı, alternativ və bərpa olunan enerji sektorunda əməkdaşlığa maraq göstərdiklərini diqqətə çatdırıb. Bildirilib ki, “Refex Energy” Hindistanda günəş enerjisini inkişaf etdirmək üçün təsis edilib. Şirkət günəş enerjisi layihələrini istismar və texniki xidmətlərlə təmin edir və fotovoltaik günəş enerjisi stansiyasının qurulması üçün müasir mühəndislik, satınalma və tikinti xidmətləri daxil olmaqla, bir sıra təkliflər paketi təqdim edir.

Energetika nazirinin müavini Samir Vəliyev alternativ və bərpa olunan enerji sahəsinin inkişafı və bu sahədə layihələrin həyata keçirilməsinin Energetika Nazirliyinin qarşısında duran əsas vəzifələrindən biri olduğunu qeyd edib. Bildirilib ki, ölkədə bərpa olunan enerji sahəsinin inkişafı üçün böyük potensial var, günəş və külək enerjisindən istifadə sahəsində əlverişli iqlim şəraitinin olması bu istiqamətdə layihələrin həyata keçirilməsinə imkan verir. S.Vəliyev bərpa olunan enerji sahəsində görülmüş işlər, müvafiq ərazilərin seçilməsi, bu ərazilərdə ölçmə işlərinin aparılması barədə məlumat verib. Bildirilib ki, bu sahədə qanunvericilik bazası hazırlanır, gələn ilin ortalarında isə bərpa olunan enerji sahəsində hərracların keçirilməsi planlaşdırılır. Bununla bağlı bir sıra potensial investorlarla görüşlər keçirilir və gələcəkdə görüləcək işlərin aspektləri müzakirə edilir. Qeyd olunub ki, Azərbaycan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir və ətraf mühitin qorunması, ənənəvi enerji mənbələrindən səmərəli və qənaətlə istifadə edilməsi baxımından bərpa olunan enerji mənbələrinin inkişafı, bu sahənin investorlar üçün cəlbediciliyinin artırılması vacibdir.

Görüşdə ölkədə mövcud bərpa olunan enerji potensialı, külək və günəş enerjisi sahəsində görülən işlər barədə qonaqları maraqlandıran suallar cavablandırılıb, iki ölkə arasında mümkün əməkdaşlıq imkanları müzakirə edilib.


aia.az



5138 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-11-2019
14-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930