Mobil versiya
“Diqlas” Ticarət Mərkəzi sökülür - FOTO
Tarix: 22-05-2019, 17:36 | Saat: 15:47:00
Bölmə:Ölkə | çapa göndər

“Diqlas” Ticarət Mərkəzi sökülür


"Diqlas” ticarət mərkəzinin sökülməsi yubanır.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev bildirib ki, binanın sökülməsinə hazırlıq görülür.

"Bina məskunlaşmanın sıx olduğu ərazidə, üstəlik də avtomobil yolunun yaxınlığında yerləşdiyindən söküntüyə hazırlıq işlərində bəzi xırda problemlər yaranır. Bu da bir qədər vaxt aparır. Binanın söküntüsü bu sahə üzrə ixtisaslaşmış lisenziyalı şirkət həvalə olunub”, - deyə o əlavə edib.

İ. Mehdiyev deyib ki, hazırda təhlükəsizlik məqsədi ilə ərazi dəmir lövhələrlə hasarlanıb. Əraziyə texnikalar cəlb olunub və binanın damına buldozerlər qaldırılıb.

Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli "Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı ölən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb. Söküntü işlərinə mayın 22-də başlanacağı bildirilirdi. (ONA)

aia.az



563 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

25-06-2019
24-06-2019
«    Июнь 2019    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930