Mobil versiya
Polad Bülbüloğlu Fuad Abbasovla bağlı tapşırıq verdi - Jurnalistlə görüşdülər
Tarix: 22-05-2019, 11:10 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Polad Bülbüloğlu Fuad Abbasovla bağlı tapşırıq verdi


Azərbaycanlı jurnalist Fuad Abbasov Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Jurnalist saxlanılarkən ciddi fiziki təzyiqlərə, aşağılayıcı davranışa məruz qalıb. Onun vəkili Elman Paşayev mediaya açıqlamasında bildirib ki, F.Abbasovu mayın 16-da çox ağır şəkildə, qəddarcasına döyüblər. Üstəlik, vəkilin sözlərinə görə, küçədə hüquq-mühafizə orqanı əməkdaşlarından ikisi jurnalisti döyüb, biri isə bu hadisənin video və fotosunu çəkib:


“O fotoların internetdə yayılmasının əsas səbəbi isə sifarişçiyə “missiyanın” yerinə yetirildiyini sübut etmək olub”.


Fuad Abbasovun mayın 28-də Azərbaycana ekstradisiya olunacağı bildirilir.


Milli Məclisin deputatı Aqil Abbas Modern.az-a açıqlamasında Fuad Abbasovun döyülərək, təhqir olunmasını pisləyib. A. Abbas Azərbaycan Xarici İşlər Nazirliyini məsələyə münasibət bildirməyə çağırıb:


“Fuad Abbasovla qeyri-insani rəftar edilməsi vəhşilikdir. O bir millətini sevən, intellekual jurnalistdir. XİN buna münasibət bildirməlidir”.


Modern. az saytı Fuad Abbasovun Rusiya hüquq-mühafizə orqanları tərəfindən döyülməsinə , eləcə də, Rusiyadakı səfirliyimizin susqunluq nümayiş etdirməsinə Azərbaycan Xarici İşlər Nazirliyindən münasibət öyrənməyə çalışıb.


Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva saytımıza açıqlmasında deyib səfirliyin konsulluq şöbəsi Fuad Abbasovla görüşüb.


“Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirinin tapşırığı ilə Səfirliyin konsulluq şöbəsinin əməkdaşları Fuad Abbasovla görüşüblər. Səfirliyimiz tərəfindən səlahiyyətləri çərçivəsində bütün lazımi tədbirlər görülür”.


aia.az





5127 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031