Mobil versiya
“Nə vaxta kimi bizi təhqir edəcəklər?” - Tahir Kərimli
Tarix: 17-05-2019 | Saat: 14:39
Bölmə:Gündəm | çapa göndər

“Nə vaxta kimi bizi təhqir edəcəklər?”



“Biz xalqa nə qədər “can” desək də, onlar bizə “azar” deyəcək. Amma xalqımız bilməlidir ki, onları yoldan çıxaran müxalifət bizi gözdən salır”.

Modern.az xəbər verir ki, bunu deputat Tahir Kərimli parlamentdəki çıxışında deyib.

O xatırladıb ki, Şuşa işğal olunanda, az qala hamı intihar həddinə gəlmişdi:

“Ancaq Paşinyan kimi əxlaqsız biri Şuşada nə cür hərəkət edir? Nə qədər buna dözməliyik? Kim bizə torpağımızı almağa qoymur? Açıqlansın, bilək. Fransamı, Rusiyamı, masonmu qoymur?! Nə vaxta kimi bizi təhqir edəcəklər?

Ömür boyu atasına xain çıxan erməni bizə yanıq verir. Nə qədər səbr etməliyik? Allah bu səbri bizə verməsin. Hər sahədə bizi gözdən salmaq istəyirlər. Biz də müxalifət olmuşuq. Müxalifətçiliyi də kişi kimi edərlər, özgəsinin atına minməklə etməzlər. Bizi az təhqir edin. Biz də sizin kimi Vətəni, torpağı sevirik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024